Səhih Qüdsi hədislər (Cənnətdə ən yüksək və ən aşağı dərəcyə sahib olanlar)
Muğira ibn Şubə (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Musa Rəbbindən: «Cənnət əhlindən ən aşağı dərəcəyə sahib olan kimdir?» – deyə soruşdu. Allah buyurdu: «Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: «Cənnətə daxil ol!» – deyiləcək. O da: «Ey Rəbb! Necə daxil olum ki, artıq insanlar daxil olub yerlərini tutmuş və alacaqlarını da almışlar» – deyə cavab verəcək. Ona: «Dünya hökmdarlarından birinin mülkü qədər mülkünün olmasını istərdinmi?» – deyiləcək. O da: «İstərdim, ey Rəbb!» – deyə cavab verəcək. Allah ona: «İstədiyin və bir o qədər də, bir o qədər də, bir o qədər də, bir o qədər də sənindir» – beşincidə: «Razı qaldım, ey Rəbb!» – deyəcək. Allah: «Bu və üstəlik on misli qədər də sənindir. Həmçinin nəfsinin istədiyi və gözünə xoş gələn hər şey sənindir» – deyə buyuracaq. O: «Razı qaldım, ey Rəbb!» – deyə cavab verəcək. Musa : «Ey Rəbb! Bəs onlardan ən yüksək məqama sahib olanlar kimdir?» – deyə soruşdu. Allah buyurdu: «Onlar Mənim seçdiyim, Öz Əlimlə kəramət məqamına yüksəltdiyim və kəramətlərinin dəyişməyəcəyinə hökm verdiyim kəslərdir. Onlar üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının ağlına gətirmədiyi nemətlər hazırladım». deyəcəkdir.
«Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir» (əs-Səcdə 17) ayəsidir»
(Muslim 189 (276, 485).
——————
Topladı
K. Hüseyn
H 1431 / M 2010
www.islamevi.az