featured-image-3117

Rəvayət edilir ki, Ənəs (r.a) demişdir: «Peyğəmbər (s.av) namaz qılarkən bir kişi gəlib: «Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!» – dedi. Namazı bitirdikdən sonra Peyğəmbər (s.a.v) dedi: «Bu kəliməni deyən kimdir!» İnsanlar susdular və o, bunu üç dəfə təkrarladı. Həmin kişi dedi: «Onu mən dedim və onu deməkdə də istəyim yalnız xeyir idi». Peyğəmbər (s.a.v) dedi: «Artıq on iki mələk (onu yazmaq üçün bir-biri ilə) yarışdılar, lakin onu necə yazacaqlarını bilmədilər. Nəhayət Rəbblərindən (s.a.v) soruşdular, O da: «Qulumun söylədiyi kimi yazın!» – deyə buyurdu».

(Əhməd 12519, 12988, 13011, 13329, 13341, 13843,13871. Şueyb əl-Arnavut isnadını əl-Buxari və Muslimin şərtlərinə görə səhih adlandırmışdır.)

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı