Səhih Qüdsi hədislər (ən yaxın qonşuların müəlman haqqında şahidlikləri)
Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir müsəlman öldükdə, ən yaxın qonşularından dörd nəfər onun xeyirli (insan olduğunu) bildiklərinə şahidlik etsə, Allah belə buyurar: «Mən onların bildiklərini qəbul etdim və onların bilmədiklərini də ona bağışladım».
(Əhməd 13052, 13541, 13565, 13889; Əbu Yəalə 3481; İbn Hibban 3026; Hakim 1398. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 3515) həsən li-ğeyrihi olduğunu bildirmişdir.)