Səhih Qüdsi hədislər (Əzan verməyin fəziləti)
Uqbə ibn Amir (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Rəbbin dağın başında qoyun otaran çobanın azan verib, namaz qılmasına təəccüb edir. Allah belə buyurur: «Bu quluma baxın! Məndən qorxduğuna görə azan verib, namaz qılır. Artıq Mən qulumu bağışladım və Cənnətə daxil etdim».
(ən-Nəsai 660, 666, 674, 1630. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 8102) səhih olduğunu söyləmişdir.)
————–
Topladı
K. Hüseyn
H 1431 / M 2010