featured-image-3308

Rəvayət edilir ki, İbn Ömər (r.a) demişdir: Bir gün Allah Elçisi (sşaşv) minbərin üzərində bu ayəni oxudu: «Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır» (əz-Zumər 67).
Allah Elçisi (s.a.v) bu ayəni oxuyarkən əlini (yumruğunu) silkələyərək: «Rəbb özünü öyərək buyurur: «Mənəm Qadir (Cəbbar), Mənəm Məğrur (Mutəkəbbir), Mənəm Hökmran (Məlik), Mənəm Qüdrətli (Əziz), Mənəm Səxavətli (Kərim)» – dedi». Bu sözləri deyərkən minbər elə silkələndi ki, biz onun yıxılacağını güman etdik».

(Əhməd 5157, 5414, 5542. Şueyb əl-Arnavut Muslimin şərtlərinə əsasən isnadının səhih olduğunu bildirmişdir.)


Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) minbərin üzərində ikən bu ayəni oxudu: «…Göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır» (əz-Zumər 67) və dedi: «Allah Özünü öyərək buyurur: «Mən Qadirəm, Mən Məğruram, Mən Hökmranam, Mən Ucayam!» Allah Elçisi (s.a.v) bunu o qədər təkrar etdi ki, hətta minbər silkələndi və biz onun yıxılacağını güman etdik».

(Əhməd 5351, 5608, 5741. Şueyb əl-Arnavut Muslimin şərtlərinə əsasən isnadının səhih olduğunu bildirmişdir.)

Əbu Hureyra (r.a) demişdir: «Mən Allah Elçisinin (s.a.v) belə dediyini eşitmişəm: «Allah yeri (bütünlüklə) ovucuna alacaq, göyləri də sağ əli ilə bükəcək, sonra da belə buyuracaq: «Mənəm Hökmdar! Hanı yer üzünün hökmdarları?!»

(əl-Buxari 65. Kitəbut-Təfsir 6 (4812, 6519, 6834, 7382)

Rəvayət edilir ki, Abdullah ibn Ömər (r.a) demişdir: «Allah Elçisi (s.a.v) buyurdu: «Qiyamət günü Uca Allah göyləri bükəcək, sonra onları sağ əlinə götürəcək və deyəcək: «Mənəm Hökmdar. Hardadır lovğalar? Hardadır təkəbbürlülər?» Sonra sol əli ilə yerləri bükəcək və deyəcək: «Mənəm Hökmdar. Hardadır lovğalar? Hardadır təkəbbürlülər?»

(Muslim 2788 (4995, 7228).

————–
Topladı
K. Hüseyn
H 1431 / M 2010
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı