Səhih Qüdsi hədislər (Günəşin Məğribdən Çıxması)
Əbu Zərrdən (r.a) belə rəvayət edilir: «(Bir dəfə) günəşin batdığı zaman mən Peyğəmbərlə (s.a.v) uzunqulağın tərkində gedirdik. O, mənə dedi: «Ey Əbu Zərr! Günəşin harada batdığını bilirsən?» Mən: «Allah və Elçisi daha yaxşı bilir!» – dedim. O dedi: «O qara palçıqlı çeşmədə batır. Sonra o öz Rəbbinə ərşin altında səcdə edir. Onun çıxmaq vaxtı gəldikdə Allah ona izn verir, o da çıxır. (Qiyamət günü) Allah onu batdığı yerdən çıxarmaq istədikdə isə o, belə deyəcək: «Ey Rəbbim! Mənim yolum uzandı». Allah ona deyəcək: «Batdığın yerdən çıx! Bu imanın heç bir kəsə fayda vermədiyi bir vaxtdır».
(Əhməd 20486, 21459, 21497, 22076. əl-Albani oxşar hədisi «Silsilətul-Əhədisis-Sahiha»da (? 2403) səhih adlandırmışdır. Şueyb əl-Arnavut isə isnadına səəhih demişdir.)
————–
Topladı
K. Hüseyn
H 1431 / M 2010
www.islamevi.az