featured-image-3296

Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qiyamət günü bir kişi başqa bir kişinin əlindən tutaraq Allahın hüzuruna gəlib deyəcəkdir: «Ey Rəbbim! Məni bu öldürdü». Allah soruşacaq: «Onu niyə öldürdün?» O da: «İzzət bütünlüklə Sənə məxsus olsun deyə, onu öldürdüm» – deyəcək. Allah buyuracaq: «İzzət bütünlüklə Mənə məxsusdur!» Həmçinin bir kişi başqa bir kişinin əlindən tutaraq gəlib deyəcək: «Məni bu öldürdü». Allah soruşacaq: «Onu niyə öldürdün?» O cavab verəcək: «Filankəs izzət sahibi olsun deyə, öldürdüm». Allah: «İzzət filankəsin deyildir» – buyuracaq, o da günahını etiraf edəcək».

(ən-Nəsai 3932, 3997, 4014. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 2698) və «Sahihul-Cəmiis-Sağir»də (? 8029) səhih adlandırır. )

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı