featured-image-3029

Rəvayət edilir ki, Ənəs ibn Malik (r.a) demişdir: «Bir gün Allah Elçisi (s.a.v) yanımızda ikən yuxuya getmişdi. Sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: «Səni güldürən nədir, ya Rəsulallah?» O: «İndicə mənə bir surə nazil oldu» — deyərək bu ayələri oxudu: «Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur». Sonra o buyurdu: «Kövsərin nə olduğunu bilirsiniz?» Biz dedik: «Allah və Elçisi daha yaxşı bilir!» O dedi: «O Rəbbimin  mənə vəd etdiyi, içində çoxlu xeyir olan və Qiyamət günü ümmətimin yanına toplanacağı hovuzdur. (Ətrafına düzülən) qədəhlər ulduzların sayı qədərdir. Onlardan (ümmətimdən) bəzi qullar çıxarılıb kənarlaşdırılacaqdır. Mən də: «Ey Rəbbim! Onlar mənim ümmətimdəndirlər» – deyəcəm. Allah buyuracaq: «Sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər!»

(Muslim 400, 607, 921.)

————-
Topladı
K. Hüseyn
H 1431 / M 2010

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı