Səhih Qüdsi Hədislər (Müsəlmanlar arasında mərhəmətə və sevgiə təşviq)
Əbu Hureyra (r.a) deyir ki, Allah Elçisi (s.a.v)dedi: «Allah (Öz quluna) buyuracaq: «Səndən yemək istədim, Mənə yemək vermədin». Qul deyəcək: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?» Allah buyuracaq: «Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?» (Yenə) buyuracaq: «Ey Adəm oğlu! Səndən su istədim, Mənə su vermədin». Qul deyəcək: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən su istəyəsən, mən də Sənə su verməyim?» Allah buyuracaq: «Filan qulum səndən su istəmişdi, sən isə ona su verməmişdin? Məgər bilmirdin ki, əgər ona su versəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?» (Yenə) buyuracaq: «Ey Adəm oğlu! Mən xəstələndim, sən isə Mənə baş çəkmədin». Qul deyəcək: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda, mən Sənə necə baş çəkə bilərdim?» Allah buyuracaq: «Filan qulumun xəstələndiyini bilmirdinmi? Əgər ona baş çəksəydin, bunun mükafatını Mənim yanımda tapardın», yaxud «Məni onun yanında tapardın».
(əl-Buxari «Ədəbul-Mufrad» 517. əl-Albani səhih demişdir.)