Səhih Qüdsi hədislər (Peyğəmbərin mərhəməti)
İbn Abbas (r.a) rəvayət edir ki, Qureyşlilər Peyğəmbərin (s.a.v) yanına gəlib dedilər: «Bizim üçün Rəbbinə dua et ki, Səfa dağını qızıla döndərsin, biz də sənə iman gətirək». O, dedi: «İman edəcəksiniz?» Onlar: «Bəli!» – deyə cavab verdilər. O, (Rəbbinə) dua etdikdə Cəbrail onun yanına gəlib dedi: «Uca Rəbbin sənə salam göndərir və buyurur: «İstəyirsənsə, Səfa dağını onlar üçün qızıla çevirim. Lakin bundan sonra aralarından kafir olanlara aləmlərdən heç bir kəsə vermədiyim bir əzabı verəcəm. Yaxud istəyirsənsə, onlar üçün tövbə və mərhəmət qapısını açım». Peyğəmbər (s.a.v) dedi: «Tövbə və mərhəmət qapısını (onların üzünə aç!)»
(Əhməd 2058, 2166, 2203. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»də (? 3388) və «Sahihut-Tərğib vət-Tərhib»də (? 3142) səhih adlandırmışdır.)
—————-
Topladı
K. Hüseyn
H 1431 / M 2010