Səhih Qüdsi hədislər (Uca Allahın bəndəsini sevməsi)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Allah bir qulunu sevdiyi zaman Cəbrailə: «Allah filankəsi sevir, sən də onu sev!» – deyə buyurur, Cəbrail də (həmin adamı) sevir. Sonra Cəbrail göy əhlinə xitab edib: «Allah filankəsi sevir, siz də onu sevin!» – deyir, göy əhli də onu sevir. Daha sonra yer üzündəkilər də ona rəğbət bəsləməyə başlayırlar».
(əl-Buxari 59. Kitəbu Bədil-Xalq 6 (2970, 3037, 3209).
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Həqiqətən Allah bir qulu sevdikdə Cəbraili çağırıb ona deyir: «Həqiqətən Mən filan qulumu sevirəm, sən də onu sev!» Cəbrail də onu sevir. Sonra o səmada olanlara üz tutub deyir: «Allah filan qulunu sevir, siz də onu sevin!» Səma əhli də onu sevir. Sonra onun üçün yerdə olanların qəlbinə də məhəbbət hissi dolur. Allah bir qula nifrət etdikdə isə Cəbraili çağırıb ona deyir: «Mən filan quluma nifrət edirəm, sən də ona nifrət et!» Cəbrail də ona nifrət edir. Sonra o səma əhlinə üz tutub deyir: «Allah filan quluna nifrət edir, siz də ona nifrət edin!» Onlar da ona nifrət edirlər. Sonra onun üçün yerdə olanların qəlbinə də nifrət hissi dolur».
(Muslim 2637 (4772, 6873).
—————
Topladı
K. Hüseyn
H 1431 / M 2010