Səhih Qüdsi hədislər (Yüz adamı öldürənin tövbəsi)
Əbu Səid (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «İsrail oğullarından biri doxsan doqquz adam öldürmüşdü. Bundan sonra o, bir rahibin yanına gəlib (günahını etiraf etdi) və ondan: «Tövbə (etsəm, qəbul) olarmı?» – deyə soruşdu. Rahib: «Xeyr!» – dedikdə bu adam onu da öldürdü. Sonra o, (sualına cavab tapmaq üçün) soruşmağına davam etdi. (Axırda elmli) bir adam ona: «Get filan kəndə!» – dedi. Yolda ölüm onu haqladı və o, ölərkən sinəsini həmin kəndə doğru çevirdi. Bu vaxt rəhmət mələkləri ilə əzab mələkləri ona görə öz aralarında çəkişməyə başladılar. Allah yerin bu tərəfinə: «Yaxınlaş!», o tərəfinə (Hədisdə «bu tərəf» deyildikdə onun getdiyi kənd-əməlisaleh insanların yaşadığı yer, «o tərəf» deyildikdə isə yaşadığı və günah işlətdiyi yer nəzərdə tutulur) isə: «Uzaqlaş» – deyə vəyh etdi. Sonra da (mələklərə): «Bunların (Burada onun əməlisaleh insanların yaşadığı kənddən və günah işlətdiyi diyarından hansı birinə daha yaxın olduğunu ölçmək qəsd edilir.) arasındakı məsafəni ölçün!» – deyə buyurdu. (Məsafə ölçüldükdən sonra) bu adamın o kəndə bir qarış daha yaxın olduğu bəlli oldu və Allah onu bağışladı».
( əl-Buxari 60. Kitəbul-Ənbiya 20 (3211, 3283, 3470)
——————–
Topladı
K. Hüseyn
H 1431 / M 2010