featured-image-2488

Bir gün saleh alimlərdən birinin yanına bir kişi gəlir. Ancaq çox qəmgin idi. Şeyx onu görüb soruşur:
-Xeyir ola qardaşım, nəsə qəmgin adama oxşayırsan.
-Doğrudur.
-Nə olub? Problemin var yəqin.Söylə qardaş, nədir dərdin?
-Dünya problemləri.Biri qurtarıb, o biri başlayır.
Şeyx gülümsəyərək:
-Çətinliyin dünya problemidirsə, fikir etmə- buyurdu.Və izah etdi:
-Çünki Allah təalə bizə elə bir nemət vermişdir ki, dünyanın bütün çətinlikləri toplanıb üstümüzə gəlsə, bu nemət qarşısında toz kimi havaya sovrular.Necə ki, əlinə ağcaqanad qonarkən əlini qaldırırsan o da uçub gedir.Bax, dünyanın bütün çətinlikləri bu nemət qarşısında ağcaqanadın misalındadır.
-Yaxşı bəs o hansı nemətdir?
-“İman” nemətidir- buyurdu. Saleh alimlərimizin dediyi ki, “İmandan daha qiymətli bir nemət yoxdur” və ola bilməz.
-Kişi gülümsündü.Şeyxin sözlərindən məmnun olmuşdur.
Aradan günlər keçdi.Bir gün bu kimsə yenə gələrək buyurdu:
-Şeyx, sizə bir sual vermək üçün gəldim.
-Buyur qardaşım, maraqlandığın nədir?
-Görəsən Allah məni sevirmi?
-Bəs sən necə?Allah təaləni sevirsənmi?
-Vallahi ki, sevirəm.
-Sən Allahı sevirsənsə, demək Allah da səni sevir.
Kişi sevincək halda:
-Doğrudurmu?Allah təalə də məni sevirmi?
-Əlbəttə, Allah səni sevməsə sən onu necə sevə bilərsən ki?
Allah təalə özünə olan sevgini ancaq sevdiyi bəndəsinin qəlbinə daxil edər.

—————–

Bənzər Məqalələr