(sual-cavab) PALTAR ÇİRKLİDİRSƏ, NAMAZI NECƏ QILIM?
Sual: Salam aleykum. Bədən və paltar təmiz deyilsə (nəcis sayılan bir şey varsa) və fərz namazı cıxana qədər təmizləməyə imkan yoxdursa, belə olduqda o vəziyyətdə namaz qılınır, yoxsa namazı qəzaya saxlayıb, təmizləndikdən sonra qəza olaraq qılınır?
Cavab: va aleykum Salam. İslam alimləri arasında bu mövzuda fikir ayrılığı/ixtilaf vardır. Əgər nəcasət (qeyd: şəriətin nəcasət dediyi şeylər qəsd olunur. Məişətdə palçıq və digər buna bənzər “çirk” dediyimiz şeylər qəsd olunmur) paltardadırsa və onu təmizləyə bilmirsə və ya başqası ilə əvəz edə bilmirsə o zaman bir qrup alimə (hənəfilərə) görə elə o paltarda da qılmalıdır. Digər rəyə (maliki məzhəbinə) görə isə, o paltarda qılmalıdır və əgər vaxt çıxmadan öncə təmizləyə bilsə və ya başqa paltar tapa bilsə o zaman namazını yenidən qılmadılır. Hənbəli məzhəbinə görə isə deyirlər ki, o paltarda qılmalıdır və təmizlədikdə və ya başqa paltar tapdıqda namazı yenidən qılmalıdır. Şafiilərə görə isə bu halda çıplaq halda qılmalıdır, yaxud da nəcasət olan hissəni çıxardaraq qılmalıdır və namazı yenidən qılması gərəkli deyildir.
Əgər nəcasət paltarla birlikdə bədəndə də varsa o zaman bacardığı qədər nəcasəti azaltmalı, namazı öz vaxtında qılmalı və sonra təmizləndikdə yenidən qılmalıdır.
Daha doğrusunu Allah bilir!
Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Sual vermək üçün sayta daxil olub, “Sualını bizə göndər” bölümündən istifadə edə bilərsiniz.