Təharət: Birinci fəsil – Sular
Təharət sözü ərəb dilində çirkabdan təmizlənmək və pak olmaq mənasını verir. İstilahi mənada (termin olaraq) murdar şeylərin təmizlənməsi və ya dəf edilməsi anlamına gəlir[1].
Birinci fəsil: Sular
Göydən yağan və ya yerdən çıxan hər bir su təmizləyicidir.
Bunun təsdiqi olaraq Allah təala buyurur: “Biz göydən tərtəmiz su endirdik…”[2]
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəniz suyu haqqında belə demişdir: “Onun (dənizin) suyu təmizləyici, ölüsü isə halaldır”[3]
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) quyu suyu haqqında demişdir: “Su təmizləyicidir və onu heç nə murdar etmir”[4]
Demək su, təmiz maddələrin qarışması ilə, öz adını itirmədikcə, pak olaraq qalır. Buna dəlil Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızının cəsədini dəfnə hazırlayan qadınlara dediyi sözlərdir: “Onu, su və sidr ilə, üç, beş və ya gərəkli olsa daha çox yuyun. Sonda isə kafurdan və ya biraz kafurdan istifadə edin”[5].
Suya nəcasət düşərsə, həmin suya, öz keyfiyyətini itirmədikcə, murdar demək olmaz. Bunun dəlili Əbu Səidin rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə bir sual verirlər: Budaə quyusundan dəstəmaz alaqmı? Belə ki, həmin quyuya aybaşı qanına bulanmış əskilər, it ətləri və heyvan leşləri atılır! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Su təmizləyicidir və onu heç nə murdar etmir”[6]
[1] əl-Məcmu Şərhul Muhəzzəb: 1/ 79.
[2] əl-Furqan: 48.
[3] Hədis səhihdir. Səhih sünəni İbn Macə: 309. Muvatta: 26/ 40. Əbu Davud: 1/ 152/ 83. Tirmizi: 1/ 47/ 69. İbn Macə: 1/ 136/ 386. Nəsai: 1/ 176.
[4] Hədis səhihdir. əl-İrva: 14. Əbu Davud: 1/ 126-127/ 66/ 67. Tirmizi: 1/ 45/ 66. Nəsai: 1/ 174.
[5] Buxari: 3/ 125/ 1253. Müslim: 2/ 646/ 939.
[6] Hədis səhihdir. əl-İrva: 14. Əbu Davud: 1/ 126-127/ 66/ 67. Tirmizi: 1/ 45/ 66. Nəsai: 1/ 174. Mubarəkfuri “Tuhfətul Əhvəzi” adlı kitabında (1/ 204)/ Teybi adlı alimin bu sözlərini qeyd edir: “Oraya aybaşı qanına bulanmış əskiləri atılır” sözlərinin mənası belədir: Demək/ adı gedən quyu bəzi vadilərin su axarına yaxın idi. Həmin vadilərdə bədəvilərin məskunlaşmışdılar. Belə ki onlar/ zibilxanalara namətiz əşyaları tullayır və sel axarı da həmin tullantıların bir hissəsini deyilən quyuya gətirirdi. Rəvayətçi isə sözlərini/ bu hərəkətin dinində zəif olan insanlar tərəfindən törədildiyi mənasında ifadə etmişdir.
Təbbi ki/ murdar şeylərin quyuya atılması adi müsəlmana yaraşmayan bir hərəkətdirsə/ ən şərəfli və ən əfzəl əsrin insanların belə bir hərəkət etdiklərini necə deyə bilərik. (sitatın sonu = s.s.)
Mübarəkfuri; Deyirəm: Eynilə bu fikri bir çox alimlər söyləmişlər və elə ilk baxışdan da ağılabatan fikir budur. (s.s.)
Hazırlyan: Rahim Muradlı
Təharət; Birinci fəsil: Sular
Təharət sözü ərəb dilində çirkabdan təmizlənmək və pak olmaq mənasını verir. İstilahi mənada (termin olaraq) murdar şeylərin təmizlənməsi və ya dəf edilməsi anlamına gəlir[1]. (daha&helliip;)