featured-image-1546

Sual: Zül Hiccə ayının 11 və 12-ci günü bir nəfər oruc tutmuşdur. Onun orucu barədə hökm nədir? (1)

Cavab: Həmd Allaha məxsusdur.

Zül-Hiccə ayının 11, 12 və 13-cü günləri təşriq günləridir. Bu günlərdə oruc tutmağın Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən qadağan edilidiyi sübuta yetirilmişdir.

Müslim (1141) rəvayət edir ki, Nubeyşə Huzali (Allah ondan razı olsun) demişdir: “Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Təşriq Günləri yeyib-içmək və Allah Azzə və Cəlləni zikr etmək günləridir”.

Şeyx ibn Baz demişdir: “Zül-Hiccə ayının 13 —cü günü, həm fərz, həm də nafilə oruc tutmaq qadağandır. Çünki bu günlər yeyib-içmək və Allah Azzə və Cəlləni zikr etmək günləridir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu günlərdə oruc tutmağı nəhy etmiş və yalnız təməttu həccini yerinə yetirərkən qurbanlıq heyvan tapa bilməyənlərə bu məsələdə rüxsət (icazə) vermişdir”.

Məcmu Fətəəvə ibn Baz (15/381)
——————
(1) Təşriq günləri bayramdan sonrakı üç günə deyilir.Bu il miladi tarixi ilə təşriq günləri Dekabr ayının 9,10,11təsadüf edir.

Bənzər Məqalələr