featured-image-1547

Sual: Təşriq günləri (Zül Hiccə ayının 11-ci, 12-ci və 13-cü günləri) bəzi insanların hər namazdan sonra üçüncü günün əsr namazına qədər təkbir gətirdiklərini (Allahu Əkbar söylədiklərini) duyuram. Bu cür etmək doğrudurmu? (1)

Cavab: Bayram günlərində qeyri-məhdud və məhdud (vaxt baxımından) təkbir söyləmək şəriətdə varid olmuşdur. Qeyri-məhdud təkbiri Zül Hiccə ayının başlanğıcından sonuncu Təşriq Gününə kimi istənilən zaman söyləmək olar. Məhdud
Təkbir isə gündəlik fərz namazlarından sonra, Ərəfə Günü fəcr namazından başlayaraq sonuncu Təşriq Günündə əsr namazına kimi söyləmək olar. Bu cür etməyin icazəli olmasına dair dəlil icma, səhabələrin (Allah onlardan razı olsun) əməlidir.

Tövfiq Allahdandır. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

————–
(1) Təşriq günləri bayramdan sonrakı üç günə deyilir.Bu il miladi tarixi ilə təşriq günləri Dekabr ayının 9,10,11təsadüf edir.

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı