Tövhidə zidd əməllər (sehrbaz, kahin, falçı və bu qrupdan olan insanların yanına gedib dediklərini təsdiqləmək)
. Sehrbaz, kahin, falçı və bu qrupdan olan insanların yanına gedib dediklərini təsdiqləmək. Belə bir əməl Məhəmmədə (ona Allahın salavatı və salamı olsun!) nazil olana küfr etməkdir. Dörd hədis alimi (ət—Tirmizi, İbn Macə, Əbu Davud və ən—Nəsai) Əbu Hüreyrədən Allah elçisin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət edirlər: “Falçının və ya kahinin yanına gedib onun dediklərini təsdiqləyən Məhəmmədə nazil olana küfr etmiş olur.”
Hədis səhihdir. Izzət və cəlal sahibi Allah bu haqda buyurur: “Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular.” Sonra isə buyurur: “Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər” (əl—Bəqərə, 102).
Özləri, arvadları və ya uşaqları xəstələnmiş bu insanların sehrbaz, kahin, falçı və sairə belə kimsələrin qapılarını şəfa diləmək niyyəti ilə döymələrinə adam çox təəccüblənir. Məgər onlar bu dünyada müvəqqəti şəfa qazanmağa, axirətdə isə sonsuz əzab və müsibətlərə düçar olmağa razıdırlarmı? Onlar bilmirlərmi ki, Allah qula bəla verəndə bu həmin qulun dininə düzgün riayət etməsi və günahlardan əl çəkərək Allahın qarşısında pak dayanması, habelə bu bəlalara səbr edərsə, Allahın rızasını və böyük mükafatını qazanması üçün bir fürsətdi? Allah xətrinə səbr edin, dözümlülük göstərin və şəriətin icazə verdiyi müalicə yollarından məsələn, nöqsansız Rəbbimizin kəlamından ibarət ovsunlardan, Ona edilən dualardan və Ona yalvarışdan istifadə edin.
Son olaraq onu da qeyd dedək ki, sehrbaz bir neçə əlamətlərilə tanınır: Bunlardan biri də mənası başadüşülməyən sözlər donquldamasıdır və ya “Ananın adı nədir?”- və sairə kimi, mənasız (əhəmiyyətsiz) suallar vermsidir. Həmçinin səndən natəmiz yerlərdə xoruz və ya digər heyvanları kəsməyi tələb etməsidir.
(Əbdüləziz ibn Reys Ər-reys)