featured-image-1794

Sual-Toy dəvətnamələrində “Bismilləh” yazmaq olar? Nəzərə almaq lazımdır ki, mərasimdən sonra həmin dəvətnamələri küçələrə və yaxud zibilliyə atırlar.

Cavab: Həmd Allaha məxsusdur.

Dəvətnamələr və digər məktubların üzərində Bismilləh yazmaq olar. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm məktublarına Bismilləh yazmaqla başlayardı. Allahın adının zikr olunduğu və yaxud Quran ayələrinin sitat gətirildiyi məktubları (qəzet və s.) qəbul edən birinə onları zibil yeşiyinə atmaq və yaxud arzuolunmaz yerə qoymaq olmaz. Eynisi, qəzetlərə və digər buna bənzər kağızlara da aiddir: onlarla pis davranmaq və yaxud zibil yeşiyinə atmaq və ya yeməkləri və yaxud digər şeyləri örtmək üçün istifadə etmək olmaz. Çünki orada Allahın adı zikr olunur. Bunun günahı, məktub, qəzetdə onu (sözləri) yazanın deyil, onun edən (onunla pis davrananın) kəsin boynundadır. Allah daha yaxşı bilir.

Fətəvə İsləmiyyə, İbn Bəzz 507

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı