featured-image-1862

Sual-Yanacaq kimi istifadə etmək və yaxud bəzi istehsalat proseslərində işlətmək məqsədilə spirtli içki almaq olarmı? Belə ki, istifadə edildiyi zaman bu spirtli içkilər yoxa çıxacaqdır. Həmçinin, bu cür məqsədlər üçün istifadə edəcəyini qəti olaraq bildiyimiz bir kəsə bunu satmaq olar?

Cavab- Spirtli və yaxud bu və ya digər sərxoşedici şeyləri satmaq haramdır. Bu cür şeylər kimdə varsa, həmin insana vacibdir ki onları məhv etsin və satmasın. Çünki, bu hökm Allah təalanın aşağıda bildirdiyi ayənin ümumi hökmünə daxildir. Allah təala buyurur:
“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin”. (Məidə, 2)

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.53, Sual 4, Fətva ? 5177

Elmi və Fətva araşdırma mərkəzi

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı