Yuxu (Peyğəmbərin (s.a.v) yuxusu)
Peyğəmbərin (s.a.v) yuxusu.
Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Bir gecə yatan kimsənin gördüyü kimi, yuxumda sanki bizim Uqba ibn Rafinin evində olduğumuzu gördüm. Bizə İbn Tabanın yaş xurmalarından bir xurma gətirdilər. Mən bunu bizim üçün dünyada yüksəlmək, axirətdə isə aqibətin bizim olacağına və dinimizin artıq tamamlandığına yozdum.”
Əbu Musa əl-Əşari (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Yuxuda mən Məkkədən xurmalıqlar olan bir yerə hicrət etdiyimi gördüm. Zənnimdə bu yerin əl-Yəməmə və ya Həcər olduğunu düşündüm. Bir də baxdım ki, bu yer Yəsrib (əl-Mədinə) şəhəridir. Həmçinin yuxumda qılıncı yellətdiyimi gördüm, onun başı sındı. Bir də baxdım ki, bu, Uhud günü möminlərin başına gələn müsibətdir. Sonra onu yenə yellətdiyim vaxt ən gözəl şəklinə qayıtdı. Birdə baxdım ki, bu, Allah-Təalanın gətirdiyi fəth və möminlərin bir yerə cəm olmasıdır. Bu yuxuda inəklərlə Allahın etdiyinin daha xeyirli olduğunu gördüm. Birdə baxdım
ki, bu, Uhud günündə mömilərdən olan bir camaatdır. Xeyir isə Allah-Təalanın sonradan gətirdiyi xeyir və Bədr günündən sonra gətirdiyi sidqin savabıdır.”
——————
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir