media-img_3542

Əgər bir insan Allahı və Onun elçisini iddia edirsə, bu, sadəcə bir iddia olaraq qala bilməz. Bütün sevgilərin sübuta ehtiyacı olduğu kimi, bu ali sevginin də isbata və dəlil-sübuta ehtiyacı vardır. Əgər isbat olunmazsa, bu iddianın heç bir dəyəri olmayacaq, habelə ona fayda verməyəcək. Çünki bu, ucuz bir şey deyil, sevgilərin ən üstünü, ən dəyərlisi, ən xeyirlisi və ən faydalısıdır.

Əgər insan Allaha və Onun elçisi Muhəmmədəolan sevgisində səmimi oldugunu isbat etmək istəyirsə, Rəsulullahınyolunu tutub getməlidir. Bu xüsusda Ali-İmran surəsinin 103-cü ayəsində belə buyurulur:

”De: ”Əgər siz Allahı sevirsinizsə, mənim yolumu gedin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.”

Məşhur təfsirçi alim İbn Kəsir bu ayəni belə izah etmişdir:

Bu möhtəşəm ayə – Allahı sevdiyini iddia edən, lakin Muhəmmədinyolunu tutub getməyən və onun sünnəsinə (söz və davranışlarına uyğun yaşayışa) tabe olmayan hər kəsin iddiasının yalan olduğunu göstərir. Adam həm sözündə, həm də əməlində yalnız Muhəmmədin şəriətinə və onun təbliğ etdiyi dinə tabe olmaqla, Allaha və Onun elçisinə olan sevgisinin doğru olduğunu isbat edə bilər. (İbn Kəsir, 1/359)

Buxari və Muslimin “Səhih”-lərindəki rəvayətdə, Peyğəmbərimiz belə buyurur: ”Hər kim bizim dinimizə zidd olan bir əməl edərsə, bu əməl rədd edilər.” (Səhih Muslim, 1718)

Təəssüflər olsun ki, Peyğəmbəri sevdiyini iddia edib, lakin, Onun din adına etmədiyi əməlləri edib, “axı burada nə var ki, mən bunu sevgidən edirəm, belə öyrənmişəm” deyən nə qədər müsəlman vardır..

Odur ki, Uca Allah, Öz peyğəmbərinə xitab edərək belə buyurur:

”(Sevdiyini iddia edənlərə) de: ”Əgər siz Allahı sevirsinizsə, mənim gedin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.”

Yəni belə etsəniz, sizin nail olmaq istədiyiniz sevgidən daha üstün və daha əzəmətli olanına – Allahın sizi sevməsinə nail olarsınız. Allahı sevmək – Onun peyğəmbərinə tabe olmaqdan keçir. Bəzi müdrik alimlər deyərlərmiş ki: ”Sənin bir kimsəni sevməyin elə də önəmli deyil, önəmli olan budur ki, sən özün seviləsən.” (Təfsir İbn Kəsir, 1/359)

Həsən əl-Bəsri və digər salehlər demişlər: ”Bir toplum insan Allahı sevdiyini iddia etmiş, Allah da onları bu ayə ilə (Ali-İmran, 103) sınağa çəkmişdir.”

Bir sözlə, əsl sevgi – təkcə iddia etməkdən və sevdiyini dilə gətirməkdən ibarət olan bir şey deyil, əksinə, sevdiyinin sevdiyi şeylərə önəm verib, sevmədiklərindən uzaq duraraq bu sevgini sübut etməkdir. Bununla sevgi isbat olunur və qarşı tərəfin də sevgisi qazanılmış olur.

Allah sevgisini qazanan kəs – bu dünyanın ən xoşbəxt insanına çevrilərək, sözlə izah oluna bilməyən bu möhtəşəm duyğunu öz qəlbinin dərinliklərində hiss edir. Habelə, həyatının hər bir hadisəsində o ali sevginin təcəllisini və Uca Allahın dəstəyini aşkar şəkildə görə bilir..

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr