Səhih Qüdsi hədislər (məscid sakinləri)
Ənəs (rşa)rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Həqiqətən Allah Qiyamət günü belə müraciət edəcək: «Qonşularım hanı, qonşularım hanı?» Mələklər deyəcəklər: «Ey Rəbbimiz! Sənə qonşu olmağa kim layiq ola bilər?» Allah buyuracaq: «Məscid sakinləri?» (zəni ibadətlərini daimi məsciddə edənlər)
Haris «Müsnəd» 126; əs-Suyuti «Cəmiul-Əhədis» 7341; İbn Həcər «Mətalibul-Aliyə» 398. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 2728) səhih demişdir.
————
Topladı
K. Hüseyn
H 1431 / M 2010