NASİR
ən-Nasir — Kömək edən. «O, ən gözəl həvadar, ən yaxşı imdada çatandır (NASİR)». (əl-Ənfal 40). “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı — atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (Qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!”. (əl-Həcc 78). Nasir — Nasara kök felindən gəlməkdədir. Çox yardım edən deməkdir. Nasir — qorumaq, qoruyan mənasına da gəlir. «Əgər Ona üsyan edəcək olsam Allaha qarşı kim məni qoruyar». (əş-Şura 41). Bəzən də bu kəlimə vermək mənasında da işlədilir. Unsuruna Nasaraku-Mullah — mənə veriniz, Allah da sizə versin.
Hər bir müsəlman mütləq mənada yardım və zəfərin yalnız Allahdan gələcəyinə inanmalıdır. «Əgər Allah sizə yardım etsə artıq heç kimsə sizə qalib gəlməz…». (Ali İmran 160). Müsəlman uğursuzluğun və məğlubiyyətin də Allahdan gəldiyinə inanmalıdır. Allah üçün uğursuz, məğlub deyilməz. Allah Bədir günü Peyğəmbər, səhabələrə mələklərlə dəstəkləyib yardım etmişdir və düşmənlərinə qarşı onlara zəfər nəsib etmişdir. Möminlərin düşmənləri Allahın və məklərin də düşmənləridirlər. Bu üzdən də Allah möminlərə yardım etmişdir. Lakin insanın baş düşməni İblis, nəfsani arzular və istəklərdir. Bunlar insanı daima pislik etməyə sövq edərlər. Allahın görünməyən yardımı isə bunalar qarşıdır. İnsan düşmənlərinə məğlub olarsa müsəlman buna qarşı dinində səbr etməlidir. Yenə də Rəbbinin yardımını görəcəkdir. Çünki düşmənlərinə məğlub olmaqla nəfsi istəklərinə uymamalıdır və bu da onun üçün böyük zəfərdir. Bu isə görünməyən gizli bir zəfərdir. Bu İsmi bilən müsəlman var olan gücü ilə zalıma əngəl olmalı və məzluma yardım etməlidir.
Peyğəmbər (s.a.v) buyurdu: «Qardaşınız istər zalım olsun, istərsə də məzlum ona yardım edin». Səhabələrdən: «Ey Allahın Rəsulu! Məzluma yardım etdik, zalıma necə yardım edək?» deyə sorudular. Peyğəmbər: «Onu zülm etməkdən çəkindirməklə»
(Buxari 3/98.)
————–
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn
www.islamevi.az