featured-image-3334

Təfsir alimləri Uca Allahın “yalnız bu ağaca yaxın gəlməyin!” (əl-Bəqərə: 35) — ayəsində deyilən ağacın hansı ağac olması barədə ixtilaf ediblər.
Amma bu ixtilafın həlli asandır. Belə ki, Uca Allah bu ağacın adını çəkməmiş, hansı növdən olmasını bildirməmişdir. Əgər bunu deməyin bizə bir xeyiri olsaydı deyilərdi. Quranda bizə açıqlanmayan bu kimi bir çox məqamlar da vardır

(Bu qayda Quranın təfsirində qoyulmuş sələfi bir qaydadır. Təfsirçi Quran ayələrində gizli saxlanılmış və barəsində Peyğəmbərdən (s.a.v) səhih rəvayətlər nəql edilməyən mənaları öz ağılından açıqlamamalıdır. Çünki bu bir qeybdir və bunu yalnız vəhy ilə bilmək mümkündür. Bu haqda düşünməyə dəyər.)

————-
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı

Bənzər Məqalələr