Cəhənnəm atəşi, tövhid әhlinin imanının nuru ilə sönər. Bir hədisdə deyilir: “Ora daxil olmamış nə bir mömin, nə də bir facir (günahkar) qalmayacaq! Atəş İbrahim üçün olduğu kimi möminlər üçün sərin və zərərsiz olacaq, hətta sərinliyindən atəşin səsi belə eşidiləcək.” (“Musnәd”, 3/328-329)

 

Bu, (Allahı) sevən kəslərin Xalil’in (İbrahimin – aleyhis-Salam) halından miras aldıqları bir mirasdır.

 

Cəhənnəm atəşi sevənlərin qəlbindəki sevgi atəşindən qorxar. Şair gözәl demişdir:

 

قفا قليلا بها علي فلا.. أقل من نظرة أزودها..

ففي فؤاد المحب نار جوى.. أحر نار الجحيم أبردها..

فلولا دموع المحبين تطفئ بعض.. حرارة الوجد لاحترقوا كمدا..

دعوه يطفي بالدموع حرارة.. على كبد حري دعوه دعوه..

سلوا عاذليه يعذروه هنيهة.. فبالعذل دون الشوق قد قتلوه..

 

“Durun! Məni bir az gözləyin! 

Yoluma azuqə olsun deyə, bir dəfə baxmaq istərəm. 

Sevən kəsin könlündə şiddətli atəş vardır,

Cəhənnəm atəşindən də sıcaqdır. 

Әgər bu şiddətli sevgidəki hərarətin bir hissəsini öldürən göz yaşları olmasaydı,

Həsrətdə, kədərdə alışıb yanardılar..

Buraxın, qoy susuz ciyərindəki hərarəti göz yaşları ilə sönsün! Buraxın, buraxın!”

 

Ariflərdən biri deyərdi: “Rəbbimi özlədiyim üçün qəlbimdə sönmək bilməyən atəş şölələri olduğu halda, sizin aranızda hələ də sağ qalmağım təəccüblü deyilmi?!”

 

Şair demişdir:

“Sevgi atəşi kimi atəş görmədim,

Uzaq düşdükcə atəşi güclənər..” 

 

Ariflərin, öz Rәblәrindәn başqası ilə işləri yoxdur və Allahdan başqasına (Ona göstәrdiklәri qәdәr) maraq göstərməzlər. Onlardan biri demişdir:

“Kim sənə xəbər versə ki, O’nun dostu O’ndan başqasına maraq göstərir, ona inanma!”.

 

Davud ət-Tai (Allah rәhmәt etsin) gecələr deyərdi:

“Sənə olan marağım bütün maraqlarımı heç etdi, yuxusuzluqla aramda saziş bağladı.. Səni görmək həsrətim məndəki bütün ləzzətləri öldürdü, məni şəhvətlərdən ayırdı. Ey Kərim! Sənin həbsindəyəm.”

 

 

Şair demişdir:

 

مالي شغل سواه مالي شغل..

ما يصرف عن هواه قلبي عذل..

ما أصنع إن جفا وخاب الأمل..

مني بدل ومنه مالي بدل..

 

“Mənim ondan başqa məşğuliyyətim yoxdur, heç bir məşğuliyyətim yoxdur,

Qəlbimi onun sevgisindən uzaqlaşdıran hər bir şeyi qınaram! 

Ümidlər boşa çıxsa, cəfaya düçar olsa nə edərəm? 

Məni əvəz edən tapılar, amma O’nun mənim üçün əvəzi yoxdur!..”

 

Әziz müsәlman! Әgər bu mənanı anlasanız, peyğəmbərin (ona Allahın salavat vә salamı olsun) “Kim qəlbdən sidq ilə Allahdan başqa haqq ibadәtә layiq haqq məbudun olmadığına şahidlik edərsə, Allah onu atəşə haram edər” (Buxari vә Әhmәd rәvayәt etmişdir) sözlərinin mənasını başa düşərsiniz..

Bu şahidlik – qorxu vә sevginin -bir quşun iki qanadı kimi- hәmin insan üçün hәyati әhәmiyyәtli olması demәkdir.

 

 

İbn Racәb’in “Kәlimәtul-İxlas” adlı әsәrindәn istifadә olunmuşdur.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı