media-img_8188

Kafirlər öz dinlərinin adını dəyişərək, insanların onlara olan neqativ münasibətindən yan keçməyə çalışırlar.

Ateizm – elə paqanizmdir, yəni, əslində bir dindir. Onlar yaradılışa inanır, lakin Allahı inkar edirlər. Təsadüf nəticəsində, əslində isə təbiət tərəfindən yaradıldıqlarını iddia edir, dolayısı ilə kainata sitayiş edir və onu təbliğ edirlər. Deyirlər ki, kainata doğru nə fikir göndərsən, kainat da eyni şəkildə sənə münasibət göstərəcək. Yəni, kainata dua edin.. Allaha dua etməyi boş şey adlandıranlar, kainat dedikləri – nə olduğunu belə bilmədikləri cansız, iradəsiz və ağılsız atomlara dua edirlər. Yəni yüz dəfə də inkar etsələr, onlar bütpərəstlərdir.

Aqnostizmə gəldikdə isə, bu, insanların neqativ münasibətindən yan keçmək üçün ad dəyişdirmiş bir düşüncədir. Bu düşüncə/din – satanizmdir. Deyirlər ki, Allahın var olduğunu nə inkar, nə də təsdiq edirik. Amma dinləri qəbul etmirik, hamısı boş şeylərdir. Səbəbi isə, xüsusi bir şeydir.. Onlar adlarını dəyişib İblisə sitayiş edirlər və ona görə də, məcburən Allahı inkar etmirlər. Bunu etsələr, o zaman İblisi də inkar edib, dinlərindən dönməyə məcbur olacaqlar. Çünki, İblis, əslində Allahı inkar etmir, o, sadəcə Adəmə və onun nəsli olan biz insanlara düşməndir. Adəmə gələn dinin yox olmasını istəyən İblis, Allaha Adəmdən daha üstün olduğunu isbat etmək istəyərək, Yaradandan möhlət diləmişdi. Bu barədə olan Quran ayələrini hamımız bilirik.

Məhz buna görə də aqnostizm və onların digər forması olan deizm, İslama qarşı mübarizə aparmasına baxmayaraq, Allahı inkar etmir. Müasir dövrün komfortlu həyatına aludə olmuş şıltaq insanı, hətta düşünərək beynini “yormaq” istəmir, öncəki İslam düşmənlərindən fərqli olaraq cəsarətli mübarizəni deyil, “əşşi, nə təsdiq, nə də inkar edirəm” deyərək insanlıq tarixində bənzəri görünməmiş bir “düşüncə komfortunu” seçə bilir. Robotlaşmış, komforta düşkün bir həyat tərzi, insanı bax beləcə əcaib hallara sala bilir..

Fikir verirsinizsə, onların nə yəhudilik, nə də xaçpərəstliklə işləri yoxdur. Buddizmə isə, heç “ilişmirlər”. Çünki yəhudilik və xaçpərəstlik artıq funksionallığını tamamilə itirmiş ölü bir cəsəddir. Həm yəhudilər, həm də xristianlar dinlərini çoxdan tərk etmiş, gündəlik həyatlarında bu dinlərə qətiyyən yer vermirlər. Eyni zamanda Allah Musa və İsa ilə gələn dini ləğv etmiş, son din olaraq Muhəmmədlə göndərdiyini təyin etmişdir. Buna görə də, onların işi məhz Muhəmmədə və Onun dininə qarşı hücum, propoqanda və media mübarizəsidir. İslamın daxilindəki rituallara (başda İblisin ən sevmədiyi, Allahın adının ən çox ucaldıldığı Həccə), peyğəmbərin şəxsi həyatına, dediyi sözlərə (hədislərə), habelə, qəribə səslənsə də, Quranın bu dildə olduğuna görə ərəb milləti və dilinə, sonda isə, Qurana qarşı fasiləsiz təbliğatlarının səbəbi də budur. Habelə, media vasitəsilə manipulasiyalar edərək insanların bu sadaladıqlarımızı söymələrindən aldıqları ləzzətin səbəbi də məhz budur.

Buddizm isə onların həqiqi dinləri olduğu üçün, onlara qarşı mübarizə aparmaqları mümkünsüzdür. Əks halda, buddizmin içində olan məntiqdən kənar iyrənc xurafatlar, kasıblara yardım mahiyyəti daşıyan və Allaha böyük bir təslimiyyət hesab olunan qurban ibadətindən daha çox qabardılardı.

Onlar Allahın yaratdığı nemətləri əsasən paqanizm tanrılarının adları ilə adlandırırlar. Namaza qarşı kin qusur, halal-haramı ələ salır, amma yoqa və ona bənzər əcaib/qeyri-ənənəvi ritualları mədəniyyət deyə insanlara təqdim edir, loru dildə desək sırıyırlar. Bir tərəfdən dini inkar edib ələ salır, digər tərəfdən isə, harada satanizmi, geyliyi və əxlaqsızlığı təbliğ edən paradlar varsa, orada iştirak edir, harada cinsi azlıqları, feministləri, ekstrasens “mütəxəsisləri”, ailələri hədəf alan filmləri, “sənət” adı altında əxlaqsızlığı normal qəbul etdirməyə çalışan siyasətçi, bloger, musiqi qruplarını və aktrisaları, habelə, digər qeyri-insani varlıqları təbliğ edən cücərtilər varsa, onları müdafiə etmək üçün bütün dünyanı ayağa qaldırırlar. Qumar oyunlarını mərc və ya şans; içkii və zinanı istirahət; açıq-saçıqlıq, pornoqrafiya və lgbt təbliğatını azadlıq, narkotik vasitələrdən istifadəni əyləncə adlandırlar; milyonlarla insanın sürgünlərdə yaşamasını və ya qətlə yetirilməsini heçə sayaraq buna “biz ədalət və demokratiyanı təmin edirik” yalanı ilə fironluq edənlər, habelə, halalları haram, haramları isə, rahatlıqla halallaşdıranlar məhz bu satanist və paqanlardır. Ailə insitutunu məhv etməyə, kişiləri cılızlaşdırmağa, qadınları isə yanlış formada “cəsarətləndirməyə” çalışanlar, daha çox qazanmaq üçün qidaların tərkibini dəyişərək insanlığın məhz olmasına göz yumanlar, habelə, qohumluq və qonşuluq münasibətlərini darmadağın edərək insanların tənha, zəif və depressiv hallara düşməsini arzulayanlar da məhz bunlardır. Çünki Satan – yəni, İblis – insanlığın banisi olan Adəmə düşməndir.

“Bir zaman İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! Namazı qılın, zəkatı verin!” – deyə əhd almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib (vədinizdən) döndünüz.” (Quran, 2/83)

Yuxarıdakı ayədə xitab – təkcə hansısa dinin nümayəndələrinə (yahudilər və ya başqaları) deyil, Allahın nizam və əmrlərini pozan bütün insanlara aid edilmişdir.

Deizm və aqnostizm “dinləri” – batini inancın meyvələridir. Batinillik – Yaradanı günəş şüası kimi gücsüz, bir şeyi dəyişmək və ya təsir etmək iqtidarında olmayan cansız bütə bənzər “ilahi bir qüvvə” kimi görürlər. Daha doğrusu, görmək istəyirlər. Yəni, Yaradan var, amma işimizə, həyatımıza qarışmasın, bizə qaydalar qoymasın. Bəzi batinilər isə, Yaradanı eynilə bu cür qəbul edir, lakin Onun yer üzündə təmsilçi və ya təmsilçilərinin olduğunu iddia edirlər. Yəni, “biz filan bir məxluqu ilahın təmsilçisi (dolayısı ilə ilah) qəbul edək, ona sitayiş edək və beləliklə də elə Yaradana ibadət etməyə ehtiyac da qalmasın. Yaradan bizə qaydalar qoymasın, qayda-qanunları özümüz qoyaq, habelə istədiyimiz zaman dəyişək. İbadət deyilən şeylər isə, ya tamamilə ortadan qaldırılsın, ya da minumuma endirilsin.” İslam tarixində ilk fitnə də məhz bu məqsədlə ortaya çıxmışdır. Bunun adı paqanizm, İslami terminlə desək – şirk və müşriklikdir. Halbuki, İslama dininə görə, əməl/ibadət – insanın Adəmin nəslində, bir insan kimi qalmasına səbəb olur və eyni zamanda onun, İblis kimi Yaradandan uzaq düşüb şeytanlaşmasına əngəl olur.

Qısası, bunlar adını dəyişmiş satanistlərdir. Geyim tərzlərində, görünüşlərində və bütün sosial yaşayışlarında bunu rahatlıqla sezə bilərsiniz.

Bənzər Məqalələr