featured-image-619

Oğurlanan, itən və ya sınan cövhərləri bərpa etmək mümkün olsa da bil ki, sən bərpa olunmayan və yeri verilməyən əvəzsiz bir cövhərsən!
Çünki qadın ciddiliyinin bəzi saxta yollarla ayaq altına atıldığı və Allaha xidmət kimi hər şeydən üstün olan həqiqi məqsəddən uzaqlaşdırıldığı bu dövrdə özünü Allah üçün qorumaq ləyaqəti göstərən çalışqan xanım cəmiyyətin və ümmətin göz nuru və cövhəridir…

İslamı düşmənlərindən müdafiə edəcək, onu təhrif, bidət və fəsad bataqlığından qoruyacaq bir nəsili yetişdirir xanımlar. İlk və əsas tərbiyəni anasından alır gələcəyin mücahid və qoruyucuları… Bu məsuliyyətə heç vaxt laqeyd qalmaq olmaz. Buna görə də onlara lazımınca qiymət verilməlidir.
Elə bu məqamdan çıxış edərək bir çox vəzifələrini yerinə yetirməklə ətrafına işıq və parlayan bir nur olma yolunda çalışan xanımların diqqət etməli olduqları bəzi məsələlərə nəzər yetirməyi məqsədəuyğun hesab etdik.
Əlbəttə ki, burada qeyd etdiklərimiz bu mövzunu tam təfərrüatı ilə izah etmək üçün kifayət deyil, lakin ümid edirik ki, buna az da olsa nail olacağıq. Allahdan bütün bu etdiklərimizdən razı olmasını diləyirik. Şübhəsiz ki, uğur Ondandır.

NÜMUNƏVİ NƏSİLLƏR YETİŞDİRƏCƏK ÇALIŞQAN XANIMIN XÜSUSİYYƏTLƏRİ

* Əqidəsi: Bu ümmət üçün nümunə və əsas olan inanc sisteminin Rəsulullahın (s.a.v.) öyrətdiyi həqiqi əqidə olduğu düşüncəsi ilə əshabə, tabiin və ətbau-tabiin, yəni əməli saleh sələfin əqidəsini özü ilə tamamlandığı Əhli Sünnə vəl-camaat metodunu anlamaq və dərk etməkdir.
* Metodu: Yalnız və yalnız Allahın, Rəsulunun -səllallahu aleyhi va səlləm-, əshabələrin və qiyamətə qədər onların yoluna tabe olanların getdiyi yolu hədəf etmiş, bunu yeganə yol kimi seçmişdir.
* Əxlaqı: yüksək İslam əxlaqıdır.
* Əlaməti: hicab və təsəttürdür.
* Ədəbi: həya, iffət və təmizlikdir.
* Nümunə saydığı: möminlərin anaları, əshabə xanımları və bütün salehə xanımlardır.
* Sevgisi: yalnız Allah, Rəsulu -səllallahu aleyhi va səlləm- və İslam qanunlarına bağlı olan hər kəs üçündür.
* Gizli düşüncəsi: axirət həyatını xatırlamaq, özünü qəbrin qaranlıq və darlığından rahatlığa çatdıracaq, ona sakit bir həyat tərzi verəcək yaxşı əməllər görməkdir.
* Dostları: Allahın dininə bağlı olan bütün müvəhhid (Allahın təkliyini qəbul edən), mömin və bütün müsəlman xanımlardır…
* Nifrəti: düşmən yəhudilərə, xristianlara, münafiqlərə, ateistlərə, “qadın azadlığı” və “feminizm” deyə uca səslə bağıran gizli çağırışçılaradır.
* Düşmənləri: çirkin mahnılar, harama yol açan musiqi alətləri, açıq-saçıq və azğın fikirləri nümayiş etdirməyə çalışan bütün curnal və qəzetlər, eşqbazlıq və həddi aşan bütün serial və filmlər, bundan başqa əxlaqsız, namussuz qadınlar, qısası, Allah-Təalanın qəzəbini öz üzərində toplayan hər şeydir.
* İstəyi: çox bağışlayıcı olan “əl-Ğafur” və hala acıyan “ər-Rəhim” Allaha bütün şərtlərə bağlı olmaqla səmimi bir şəkildə tövbə etməkdir.
* Evlilik mərasimi: İslami bir evlilikdir. Toyunda musiqi, içki və s. yoxdur. Dəvət edilmiş qadın və kişi qarışıqlığına yol verilməz. İslama zidd olan geyimlərə də yer verilməz.
* Məqsədi: müsəlman ailəsi qurmaq, beləliklə də bütün insanlığın ehtiyacı olan həqiqi İslam cəmiyyətinin sağlam təməlini meydana gətirmək, ümmətə xeyirli nəsillər yetişdirmək.
* İstirahəti: faydalı elm öyrənmək, Qurani-Kərimi əzbərləmək, din çərçivəsində dincəlib istirahət etməklə keçir.
* Səyahəti: incə düşünər və təfəkkür edər, eyni zamanda dincələrək özünü rahat edən işlərdən də geri qalmaz. Beləliklə, bezginlik və yorğunluqdan uzaq olur, dinamikliyini təmin etmiş olur.

HİCAB VƏ TƏSƏTTÜRÜN ŞƏRTLƏRİ

Əhli-sünnə alimləri bu mövzuda səkkiz ən əsas məqamı qeyd etmişlər. Bunlar aşağıdakılardır:
1. Paltar bədənin hər tərəfini örtməlidir. Bundan başqa üz, əl və ayaqların örtülməsinə də xüsusi diqqət göstərilməlidir. Çünki xüsusilə bir çox baxımdan fəsada uğramış cəmiyyətimizdə fitnəyə səbəb verməkdən uzaq olmaq şərtdir:
«Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, çarşablarını örtsünlər» (“əl-Əhzab” surəsi, 59);
«Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar)» (“ən-Nur” surəsi, 31).
2. Paltarı bər-bəzəkli olub şəxsən özü zinət kimi olmamalıdır. Bundan əlavə, ətrafındakıların baxışlarını özünə cəlb edəcək şəkildə rəngli, naxışlı, qızıl və gümüş əşyalardan da uzaq olmalıdır (bax: əl-Buxari, “Ədəbu əl-mufrəd”; əl-Hakim, “Müstədrək”).
«Evlərinizdə qərar tutun. İlkin cahiliyyə dövründəki kimi açıq-saçıq olmayan. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin» (“əl-Əhzab” surəsi, 33).
3. Paltarları bədən cizgilərini bildirəcək şəkildə incə və şəffaf olmayıb qalın və möhkəm olmalıdır (bax: Əhməd, “Müsnəd”; Beyhaqi, “Sunən”).
4. Geyimi dar deyil, geniş və enli olmalı, fitnəyə səbəb olacaq bir yeri müəyyən etməməlidir (Əbu Davud, “Sunən”).
5. Müşk və buna bənzər diqqətçəkici qoxular vurulduğu zaman naməhrəm yanına çıxmaq haramdır. Rəsulullah (s.a.v.):”Bir qadın qoxudan istifadə edərək bir topluluğun arasına çıxdığı zaman onlar bunu hiss edərsə, həmin qadın zina etmişdir” (səhihdir, İmam Əhməd) buyurur.
6. Qadın geyimi kişi geyiminə bənzəməməlidir. İbn Abbas -radıyallahu anhuma- belə demişdir: “Kişilər arasında qadınlara, qadınlar arasında da kişilərə bənzəyənə Rəsulullah səllallahu aleyhi və səlləm lənət etmişdir” (əl-Buxari).
7. “Bir qövmə bənzəyən onlardandır” (səhihdir, Əbu Davud) hədisinə görə, müsəlman xanımın paltarının kafir qadınların paltarına bənzəməsi də haramdır.
8. Örtülməsi uyğun olsa da fərqli olduğuna görə insanların müəyyən edəcəyi halda olmamalıdır. Çünki Rəsulullah (s.a.v.): “Kim bədənini bəlli edən bir paltar geyərsə, Allah qiyamət günündə ona zillət paltarı geyindirər. Bu da onun üçün atəş olar” (səhihdir, Əbu Davud) buyurmuşdur.

QƏBİR ƏMƏLLƏRİN SANDIĞIDIR!

Ey müsəlman övladı olan gənc qız!
Allahdan qorx! Və unutma ki, sən hər zaman Allahın nəzarətindəsən! Bu gün hesabsız əməl günü olduğu kimi şübhəsiz ki, sabah da əməlsiz hesab günü olacaq. Daim oyun və əyləncə içində olan insan övladı əlbəttə ki, ölümü yaxınlaşan o gün ayılacaqdır… Canımız boğazımıza gəldiyi zaman halımız necə olacaq?
Ey Allahın zərif qulu!
O gün artıq sən ailən, övladların və dostlarından ayrılmış olacaqsan. Tabutda daşınıb torpağa, o qaranlıq yerə qoyulacağın günü düşün. Əgər yaxşı bir şey aparmamısansa, tükənməz sayılan günlərin axırında – Allah qorusun – qəbrin dəhşətli sıxıntısı ilə baş-başasan. Hesab mələkləri gəlib səndən suallarına cavab vermək istədikləri zaman halın necə olacaq?!
İnsanların dirildiləcəyi gün qəbirdən çıxıb məhşərə yola salınacağın gün… Hesab dəftərlərinin açıldığı gün… Sırat körpüsü və mizanın (tərəzinin) qoyulduğu zaman…
Bax, o gün, ey Allahın zərif qulu, sənin yerin hara olacaq?! Səni nələr gözləyəcək və ya bir ömrün ardından nələri qazanacaqsan?
«Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o, belə deyər: “Pərvərdigara! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm!” Xeyr, bu, onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə vardır» (“əl-Muminun” surəsi, 99-100).
[pagebreak]
EHSAN XƏZİNƏSİNƏ

Allahın düşmənləri İslam toplumunu daxildən çökdürmək üçün ilk olaraq analıq xüsusiyyətləri ilə cəmiyyətin tərbiyəçisi olan qadınları hədəfə götürmüş, bu mövzuda hər cür fəsad törətməkdə əlindən gələni etmişlər. Çünki qadının fəsadı cəmiyyətin fəsadı deməkdir. Bunun üçün bir çox saxta ideyalar ortaya atmış, qadını onun öz həqiqi azadlığının olduğu dinindən çıxarmağa çalışmış və hər şeyini səfərbər edərək qeyri-insani bir əşya halına gətirmək üçün yollar axtarmışlar. Əlbəttə ki, ağıllı bir müsəlman qadın bütün bunları dərk edir, ətrafındakıları Quran və sünnə yoluna dəvət edir və onları düşmənlərin hiylələri barədə qətiyyətlə xəbərdar edirlər.
Eyni zamanda bütün qadınlar üçün bundan əlavə tövsiyələri verə bilərik. Allahdan bizi sevdiyi və xoşladığı hər şeydə müvəffəq etməsini diləyir, bu dediklərimizə görə bizi qınamamasını arzu edirik.
* İslami anlayışlara laqeyd yanaşma! Və dində olmayan hər cür bidətdən çəkin, bunları ortaya da çıxarma. Bütün bidətlərdən uzaq ol və bunları təşviq etmə.
* Namazdan heç vaxt imtina etmə. Yuxuya gedib namazı unutma. Namazı daim vaxtında qıl. Buna çox həssaslıq göstər!
* Heç vaxt açıq-saçıq geyinmə və bədəninin örtülməsinə çox diqqət et! Ayələrin mənasından başqa açıq mənalara meyl etmə!
* Bəzi insanların ailənə mənfi təsir edəcək sözlərinə fikir vermə. Allahdan daim ailən üçün dua etməyi yaddan çıxarma və ailədə din mövzusunda həyat yoldaşına kömək et.
* Evinin və həyat yoldaşının məhrəm cəhətlərini ifşa etmə, açıb demə, həyatın çətinliklərinə qarşı səbrli ol. Allah yolunda səbr etməyi özün üçün bir vərdişə çevir. Unutma ki, Allah yolunda etdiyin heç bir əməl mükafatsız olmayacaq!
* Dinə əməl edən qızlarla rəfiqəlik et, onlarla yaxın ol! Aralarında köməyə ehtiyacı olanlara yardım et.
* Qeybət və dedi-qodu etmə, söz gəzdirmə!
* İstər qərbli olsun, istərsə də yerli olsun, heç bir kafiri təqlid etmə, onlara qarşı sevgi bəsləmə, onlara heyran olma!
* Xüsusilə din biliyini artırmağa çalış.
* Fitnə-fəsadı göz önünə alaraq lüzumsuz olaraq küçəyə çıxmamağa çalış, Rəbbindən səbr və dözümlülük dilə.
* Axirət hayatını heç vaxt yaddan çıxarma!
* Allaha və Rəsuluna (s.a.v.) qarşı üsyana çağırmasalar, həyat yoldaşına, ailənə, ana və atana qarşı çıxma!
* Moda curnallarından və uyğun olmayan musiqilərdən uzaq ol! Quran oxumağa, öyrənməyə və əgər bilirsənsə, öyrətməyə çalış.
* İstər telefonla olsun, istərsə də başqa bir yolla olsun eşqbazlıqdan uzaq ol.

Əhəmiyyətsiz sayılmaması zəruri olan hallar

* Allaha həqiqi şəkildə iman gətir və iman əsaslarına bağlı ol. Rəsulullahın (s.a.v.) həyat tərzinə diqqət etməyə laqeyid yanaşma!
* Namazına, zinət əşyalarının zəkatına, oruc və həccə laqeyid yanaşma!
* Allahın dininə bağlı olan qadınlarla yaxınlıq etməyə laqeyid yanaşma!
* Allaha hər zaman dua edib Ona üz tutmağa, Ondan bağışlanma diləməyə və axirət üçün hazırlıq etməyə də əsla etinasızlıq göstərmə.

SALEHƏ BİR HƏYAT YOLDAŞI

Allahın quluna verdiyi iman kimi bir nemət yoxdur. Bu, eyni zamanda Allahın Öz qulları üzərində bir haqqıdır. Allahın qullarına verdiyi bir çox nemətlər arasında dünyanın ən xeyirli neməti də salehə həyat yoldaşıdır. Çünki Rəsulullah (s.a.v.) vida xütbəsində qadınların Allahın əmanəti olduğunu bildirmiş, “Sizlərin ən yaxşısı öz həyat yoldaşlarınıza qarşı ədalətli davranandır” buyuraraq bu incə varlığın qorunmasını nəsihət etmişdir.
Belə olduğu halda bu nemətə yaxınlaşan böyük bir əxlaqla rəftar etməlidir.
Rəsulullah (s.a.v.) belə buyurmuşdur: “Bir qadın namazlarını qılsa, namusunu qorusa və ərinə bağlı olsa, cənnət qapılarının istədiyindən içəri girər” (Əhməd, Təbərani).
Ümmi Sələmə isə Rəsulullahın (s.a.v.) “Həyatı boyunca öz ərini razı edərək ölən qadın cənnətə girər” dediyini bildirmişdir.
Qadını cəhənnəmə sürükləyən ən böyük səbəb ərinə qarşı çıxması və ona edilmiş yaxşılıqları inkar etməsidir. İbn Abbasın -radıyallahu anhu- bildirdiyinə görə, Buxarinin rəvayətlərində Rəsulullah (s.a.v.) belə buyurmuşdur: “Cəhənnəm mənə göstərildi. Oradakıların çoxunun qadınlar olduğunu gördüm. O qadınlar ərlərinə qarşı nankordurlar. Çünki qadınlardan birinə uzun müddət yaxşılıq etsən, daha sonra səndən bir pislik görsə, “səndən heç bir yaxşılıq görmədim” deyəcək”.
Əməli saleh sələfdən birinin öz xanımına belə tövsiyə etdiyi nəql olunur: “Məni bağışla ki, sevgimiz davam etsin. Əsəbiləşdiyim zaman mənimlə danışma, əsəblərimə toxunma. Gələcəyin necə olacağını bilməzsən. Çox şikayət etmə, qüvvən gedər. Çox şikayət etsən, qəlbim sənə nifrət edər. Çünki qəlblər dönükdür. Mən gördüm ki, qəlbdə həm sevgi, həm də nifrət yerləşir. Hər ikisi bir yerdə olduğu zaman sevgi davam etməz” (Seyyid Sabiq, “Fıqhu əs-Sunnə”).
Əbu Dərda -radıyallahu anhu- isə öz xanımına belə deyirdi: “Əsəbiləşdiyim zaman məni beləcə də təbii qəbul et. Mən də sən əsəbiləşəndə səsimi çıxarmaram” (Seyyid Sabiq, “Fıqhu əs-Sunnə”).

NƏTİCƏ

Evlilik həyatı birgə yaşamaqdır, qadın və kişinin birgə olaraq Allahın bizləri məsul etdiyi “ilahi kəlimətullah”ı yerinə yetirməklə vəzifə daşıması deməkdir. Bu birgə həyat bir müsəlmana Rəbbinə qarşı vəzifələrini yerinə yetirməkdə başqa bir dinamikliyi təmin edər. Bu baxımdan evlilik bir-birinə bağlı olan iki insanın yenə də bir-birinin zəifliklərini aradan qaldıraraq daha güclü bir təməl meydana gətirməsi kimi də izah edilə bilər.
Elə isə cəmiyyətdəki bəzi tənəzzül edən ailələr İslamın təqdim etdiyi ölçülərlə yenidən qurulmalıdır. Qadın ağıllı olmalı, dinini yaşamalı, ətrafındakılara bu mövzuda nümunə olmağa çalışmalı, həmçinin şüurla uşaqlarını tərbiyə etməlidir. Əri də ona bu işlərdə kömək etməli və Rəsulullahı (s.a.v.) özünə örnək kimi görməlidir. Ailə Quran və səhih sünnə nuru ilə bir məktəbi xatırlamalıdır. Ümid edirik ki, Allah bizi Öz rəhməti ilə bağışlayar və bizləri salehlərin sırasına aid edər…

Bənzər Məqalələr