featured-image-3584

Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Əbu Əyyaş Cə’fər ibn Muhəmməd Ərdəbilidən hədis dinləmişdi. Əli ibn Muhəmməd ibn Məhruyə Qəzvini, Əbü’l-Həsən Əli ibn İbrahim əl-Qəttan Qəzvininin tələbəsi olmuş, onların yanında fiqh elmini öyrənmişdi. Əbü’l-Həsən Əhməd ibn Muhəmməd əl-Ətiqi ondan hədis dinləmiş və nəql etmişdi.
(YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 66-67; Əbu Nəsr Əli ibn Hibətullah İBN MAKULA, İkmal, C. II, s. 119, Qahirə 1976; Əbü’l-Fəzl İBNü’l-QEYSƏRANİ, Ənsabü’l-Müttəfiqə, s. 22, Bağdad 1970. İbnül-Qeysərani alimin adını digər müəlliflərdən bir qədər fərqli, “Əbu Abdullah Nafi’ ibn Əli ibn Bəhr ibn Əmr ibn Hazim” olaraq qeyd etmişdir.)

Əbu Abdullah Nafi’ əl-Azərbaycani h. 382-ci ildə (992) həcc ziyarətindən qaydarkən Bağdada gəlmiş və burada hədis dərsləri vermişdi.
(Xətib Əhməd ibn Əli əl-BAĞDADİ, Tarixu-Mədinətü’s-Səlam Bağdad, C. XIII, s. 322, Qahirə 1931.)

əs-Səravi (السروي) nisbəsinin haradan, hansı yaşayış məntəqəsindən gəldiyinə dair yuxarıda məlumat vermişdik, bu nisbə cənubi Azərbaycanın Sərab şəhərinə aiddir. Səm’ani alimin h. 400-cü ildən (1010) əvvəl vəfat etdiyini yazır
(

(Xətib Əhməd ibn Əli əl-BAĞDADİ, Tarixu-Mədinətü’s-Səlam Bağdad, C. XIII, s. 322, Qahirə 1931.)

——————-
Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər
Müəllif : Tarix Elmləri Doktoru
Elnur Nəsirov
Bakı:2011

Bənzər Məqalələr