featured-image-3556

Elmin əzəmətliyini və fəzilətini bilmək üçün, Uca Allahın Öz Peyğəmbərinə (s.a.v) elminin artırılmasını istəməsini əmr etdiyi ayəni zikr etmək kifayətdir. Uca Allah demişdir:
“Ey Rəbbim! Mənim elmimi artır!” — de. (TaHa, 20:114).

Hafiz İbn Həcər demişdir: “Bu ayə elmin fəzilətli olmasına dəlildir, çünki Uca Allah Öz Peyğəmbərinə (s.a.v) elmdən savayı başqa bir şeyin artırılmasını istəməyi əmr etməmişdir! Burada “elm” dedikdə, şərii elm nəzərdə tutulur”. (Bax “Fəthul-Bari”, 1/141.)

Xuzeyfə rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: “Elmin fəziləti, ibadətin fəzilətindən üstündür. Dinin təməli isə – təqvadır”.
( əl-Hakim, əl-Bəzzar. Hədis səhihdir. Bax “Səhihul-cəmi”, 4214.)

Həmçinin Peyğəmbər (s.a.v) demişdir: “Xeyr öyrənmək və ya xeyr öyrətmək üçün məscidə yola düşən kimsəyə, mükəmməl edilən həccin mükafatı yazılacaqdır”.
( At-Tabarani. əl-Hakim, hafiz əl-İraqi və şeyx əl-Albani hədisin səhih olduqunu təsdiqləmişlər. Bax “Təxricul-ixyə”, 2/317; “Məcmu-zəvaid”, 1/123.)

Həmçinin Peyğəmbər (s.a.v) demişdir: “Elmə yiyələnmək üçün yola çıxan kimsə, qayıdana qədər Allah yolunda olacaqdır”.
(At-Tirmizi, 2647. İmam Abu İsa at-Tirmizi və şeyx əl-Albani hədisin həsən olduqunu bildirmişlər. )

Bir çox müsəlmanlar elə güman edirlər ki, “fi səbiliLləh” (Allah yolunda) kəlməsi yalnız cihada aiddir. Əslində isə, bu kəlməni Allah xatirinə edilən hər bir saleh əmələ aid etmək olar və buna dair bir çox hədislər var. Kəb ibn Ucra rəvayət edir: “Bir dəfə, Peyğəmbər (s.a.v) öz sahabiləri ilə birlikdə olan zaman, onlar güclü və davamlı bir gəncin səhər qazanc üçün evindən çıxdıqını gördülər və dedilər: “Vay onun halına! Kaş ki o öz gəncliyini və gücünü Uca Allah yolunda xərcləyəydi!” Peyğəmbər (s.a.v) dedi: “Əgər o öz körpə balaları üçün qazanc əldə etmək niyyətilə çıxmışsa, o Allah yolundadır, əgər o öz qoca valideynləri üçün qazanc əldə etmək niyyətilə çıxmışsa, o Allah yolundadır, və özü üçün qazanc əldə etmək niyyətilə çıxmışsa, o Allah yolundadır. Yox əgər o riyakarlıq edərək və ya şan-şöhrət əldə etmək üçün çıxmışsa, o şeytanın yolundadır”.
( at-Tabarani. Hədis səhihdir. Bax “Səhihul-cəmi”, 1428.)

———–
islamevi.az

Bənzər Məqalələr