Bir gün tələbələrdən biri öz müəllimindən soruşur: “- Ey müəllimim! Biz Uca Allaha qarşı bu qədər günah edirik. Bəs nə üçün O, bizi cəzalandırmır?”

 

Müəllimi cavab verir: “Sənə o qədər cəza verib ki, amma sən onları dərk eləmirsən!”

 

1) Səndən dua etdikdə aldığın o şirinliyi almayıbmı?! Məgər insana qəlbinin sərtləşməsindən böyük cəzamı var?

2) Xeyirli əməllər etməyə müvəffəq olmursan! Məgər bu cəza deyilmi?!

3) Məgər görmürsən ki, neçə günlər keçir, amma hələ də Quranın üzünü açmırsan?! Hətta bəzən elə olur ki, Uca Allahın bu ayəsini eşidirsən: “(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır).” (Həşr, 21). Amma sənə heç təsir eləmir?! Sanki eşitməmiş kimi gəzirsən..

4) Məgər görmürsən, neçə-neçə gecələr ötüb keçir, amma sən gecə namazlarından məhrum olmusan..

5) Məgər görmürsən, Ramazanda səni tənbəllik basır, Şəvval ayının 6 gününü, Zil-hiccə ayının 10 gününü oruc tutub, saleh əməllər edə bilmirsən?!

6) Məgər itaətin sənə çox ağır gəldiyini hiss etmirsən?!

7) Məgər səhər və axşam zikrlərinin bəzən sənə ağır gəldiyini hiss etmirsən?!

8) Məgər şəhvət küləyi əsməyə başladığı zaman sənin də sağa-sola doğru əsdiyini hiss etmirsən?!

9) Məgər mal sevgisinə tutulduğunu hiss etmirsən?!

10) Məgər qeybətin, nəmmamlığın və yalan danışmağın sənə çox asan gəldiyini hiss etmirsən?!

11) Məgər fəzilətli əməllərlə məşğul olmayıb, sənə aid olmayan işlərə girişdiyini hiss etmirsən?!

12) Məgər dünyanın dalınca düşüb, axirətə çox az vaxt ayırdığını hiss etmirsən?!

 

Bax (!), bütün bunların hamısı xeyirdən məhrum olmaqdır…

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı
media-img_2491

(Ərəb:) اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، { سُبحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إلى رَبِّنَا لَمُنقَلِبُونَ } اللَّهُمَّ إنَّا نَسألُكَ فِي سَفَرِنَا هَذَا البِّرَ والتَّقوَى […]
Daha ətraflı