featured-image-3609

Azərbaycan Atabəyləri dövrünün (1136-1225) məşhur qarilərindən biri, həmçinin şafi’i fəqihi idi. H. 567-ci ildə (1172) anadan olmuşdu. Əbu’r-Rəbyi’ Süleyman ibn Zərqun, Əbu İdris əl-Xəulani kimi alimlərin tələbəsi olmuş, onlardan icazət (diplom) almışdı. İmad ibn Zəhran əl-Məvsili, Sur ibn Zuheyr əl-Kufti kimi dövrün tanınmış qariləri onun tələbəsi olmuşdular. İbrahim Ərdəbili h. 654-cü ilin rəbiəlaxir ayında (may 1256) Misirin İsgəndəriyyə şəhərində vəfat etmişdi (İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 78.)
Ehtimal ki, alim moğolların dağıdıcı hücumları vaxtı Azərbaycanı tərk edib Məmlüklər ölkəsinə getmişdi.

———————
Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər
Müəllif : Tarix Elmləri Doktoru
Elnur Nəsirov
Bakı:2011

Bənzər Məqalələr