İKİNCİ SƏLİB (XAÇLI) YÜRÜŞÜ ZAMANI FRANSIZ ƏSGƏRLƏR İSLAMI NİYƏ QƏBUL ETDİLƏR?
|| xaçlı (səlib) yürüşü zamanı, iki hissəyə ayrılmış xaçlı ordusunun birinci hissəsi Anadolu Səlcuqlu dövləti Sultanı | Məsud tərəfindən darmadağın edilmişdi. Ordunun fransızlardan ibarət ikinci hissəsi isə, 1148-də Bizans torpaqlarındakı Honaz dağı ətəyində Səlcuqlu ordusu tərəfindən pusuya düşürülərək məğlub edildi. Ordu başçısı Fransa kralı, dəniz yoluyla Suriyaya qaçaraq canını qurtarsa da, döyüşdən sağ qurtulmuş bir çox frank əsgər – başçısız, ac və xəstəliklərə bulaşmış halda çöllərdə qaldılar.
Xaçlı (səlib) yürüşlərində İslam torpaqlarına ‘giriş qapısı’ rolunu oynayan provaslav Bizans, öz torpaqlarında öz katolik din qardaşlarına xəyanət edərək onlara sahib çıxmadı. Onlara sahib çıxan isə, Səlcuqlu əsgərləri və kəndliləri oldu. Təsəvvür edin, müsəlmanlar, onları vəhşicəsinə öldürməyə gəlmiş, lakin məğlub olaraq zəlil bir vəziyyətə düşmüş düşmən əsgərlərini müalicə edir, onları qida ilə təmin edirdilər. Düşmən olaraq qəbul etdiklərindən mərhəmət, ittifaq qurduqları din qardaşlarından isə xəyanət görən frank xaçlılar, öz könül xoşluqları ilə İslam dinini qəbul edərək müsəlman oldular. Qərb mənbələrində, onların 3000 nəfərdən ibarət olduqları qeyd olunur.
Müsəlmanların güclü dövlətlərə sahib olmalarından daima qorxmuş avropalılar, Roma Papası’nın əmriylə dəfələrlə səlib (xaçlı) yürüşləri təşkil etmiş və İslam torpaqlarında inanılmaz vəhşiliklər törədərək müsəlmanlara qarşı soyqırımlar həyata keçirmişlər. Lakin müsəlmanlar, tarix boyu bu cür minlərlə örnəyin şahidlikləri ilə, dünyanın ən böyük dözümlülük və mərhəmət nümunələri olmuşlar.
Hazırladı: Ayxan Yaquboğlu