Qadına qarşı münasibəti dəyişmiş ayə (Nisa: 19 qısa təfsiri)
Ey (Allaha və haqq-hesab gününə) iman edənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, onlara verdiyinizin (kəbin zamanı qadına hədiyyə olaraq təyin olunmuş mehrin) bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın! Ola bilsin ki, sizin (qadında) xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur. (Quran, Nisa surəsi, 19-cu ayə)
İslamdan əvvəl ərəblər və demək olar ki dünyadakı digər bütün millətlər, qadınlarla çox pis davranır, habelə, əri ölən qadını, onun miras olaraq qoyduğu mal kimi qiymətləndirirdilər. Qadın razı olmasa belə, onunla evlənmə və ya başqasıyla evləndirmə hüququna sahib olduqlarını düşünən insanlar, qadında bəyənmədikləri kiçik bir şey belə olsa, düşünmədən bir əşya kimi onu boşayıb atırdılar. Yuxarıdakı ayə, bütün bu haqsızlıqlara son qoymuş və qadına layiq olduğu hüquqları vermişdir. İslam dini, qadına ən real dəyəri verərək, qadın şiddətinə son qoymuş ilk ideologiyadır.
Ayxan Yaquboğlu (islamevi.az)