İSLAM VƏ İMAN
Şəri mənaları ilə islam və iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan işlənməzlər. Əksinə harada səhih və mötəbər bir iman varsa onunla birlikdə islam da vardır və ya harada islam varsa onunla birlik də iman da vardır. Onlardan hər hansı biri tək başına işlədiləcək olarsa, digəri də onun içərisinə girər və tək başına işlədilən bu isim yenə digər ismin tək başına işlədilməsi halında dəlalət etdiyi şeylərə dəlalət edər. Məs: «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun». (əl-Maidə 6) — ayəsindəki xitab həm mömin, həm də müsəlmanları əhatə edir. Yoxsa ki, namaz üçün dəstəmaz almaq təkcə möminlər üçün deyildir. Müsəlmanların da dəstəmazsız namaz qılmaları mümkün deyildir. İman islamı əhatə etdiyi kimi, islam da imanı əhatə edir.
Həmçinin: «Məni müsəlman olaraq öldür….» (Yusif 101) ayəsindəki «Məni müsəlman olaraq öldür!» – eyni zamanda — «Məni mömin olaraq öldür!» deməkdir. Yoxsa — məni müsəlman olaraq öldür, mömin olaraq öldürmə — mənasında deyildir. Çünki Allah bütün möminlərin ancaq müsəlman olaraq can vermələrini «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102) istər.
Lakin ikisi bir yerdə zikr olunarlarsa (islam və iman) aralarında fərq olur. Bu vəziyyətdə iman qəlbin təsdiqi, iqrarı və bilib tanıması mənasına gəlir, islam da Uca Allaha əməl ilə təslimiyyət göstərmək, boyun əymək və ona itaətlə bağlanmaq mənalarına gəlir. Elm adamları buna belə deyirlər: «Hər mömin müsəlmandır, lakin hər müsəlman isə mömin deyildir». Məs: Allah buyurur: «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı qəbul etdik!» deyin». (əl-Hucurat 14). İbn Abbas — radıyallahu anhu — deyir ki, onların bütünlüklə münafiq olmadığını, imanları zəif kimsələr olduğunu açıqlamışdır. İbn Cərir ət-Təbəri — rahmətullahi aleyhi — bu ayənin təfsirində deyir ki, Allah Rəsulu — sallallahu aleyhi və səlləm — bədəvi ərəblərin yalnız İslam (təslim) təslim olduqlarını söyləməsini əmr etmişdi. Onlar yalnız dilləri ilə təsdiq etmiş, lakin qəlbləri ilə təsdiq etməmişlər. Buna görə də onlara yalnız İslam olduqları demələri əmr olundu. Çünki İslam (təslim) olmaq üçün söz yetərli olarkən, iman etmək üçün həm söz, həm də əməl gərəkdir. «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər. Kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər». (əl-Ənam 125).
Hazırlayan: Kamal Hüseyn
www.islamevi.az