Əlimizdə bütün sıxıntı və ehtiyaclarımızı təmin edəcək möhtəşəm bir kitab xəzinəsinin olmasına baxmayaraq, təəssüf ki, onu ya oxumuruq, ya az oxuyuruq, ya öyrənmirik, ya üzərində çox düşünmürük, ya lazımi qədər əhəmiyyət vermirik, ya da öyrəndiklərimizə əməl edərək həyatımıza nur qatmağa can atmırıq. Halbuki, bu 4 özəllik – insanı, ailəni və bütün cəmiyyəti bir bahar çiçəyi kimi yetişdirə biləcək hava və su kimidir.

Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (cəhalət, şəkk-şübhə, nifaq və digər xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Quran, 10/57)

Qurani-Kərim, sirləri dəryalardan daha geniş olan möcüzəvi bir kitabdır. Hər dövrü, hər insanı və hər duyğunu əhatə edən bu kitab, bir çox funksiya və xüsusiyyətə sahib olmasıyla diqqətləri cəlb edir. Yuxarıdakı ayədə Qurani-Kərimin dörd gözəl xüsusiyyəti bir arada qeyd olunmuşdur:

1. Quranın bütün yaxşı və pis xislətlər haqqında xəbər verməsi, habelə insanları gözəl əxlaqa sövq etməsi – öyüd-nəsihətdir;

2. Qəlbləri şirk, münafiqlik, şübhə, inkarçılıq, cahillik, təkəbbür, özünü bəyənmişlik və digər mənəvi xəstəliklərdən xilas edərək əbədi səadətə yönləndirməsi və doğru inanclarla ruhları müalicə etməsi – şəfadır;

3. İnsanlığa xoşbəxtliyin yollarını göstərməsi və onları doğru yola istiqamətləndirməsi – hidayətdir;

4. İnsanları iman nuruna qovuşdurması və onlara sonsuz/əbədi xoşbəxtliyi qazandırması isə – sırf Allah tərəfindən bəndələrinə bəxş edilmiş böyük mərhəmətdir/rəhmətdir.

 

 

Ayxan Yaquboğlu

 

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı