“MӘN KİMӘSӘ PİSLİK VӘ YA GÜNAH ETMİRӘM, İBADӘT ETMӘSӘM DӘ OLAR” DÜŞÜNCӘSİ
✔ BİLİRDİNMİ Kİ: ALLAH’IN ӘMR ETDİKLӘRİNİ YERİNӘ YETİRMӘK, O’NUN QADAĞAN ETDİKLӘRİNİ TӘRK ETMӘKDӘN DAHA ÜSTÜNDÜR?!..
Allah-taala qullarına bəzi əməlləri yasaqlamış, bəzilərini əmr etmişdir. Bir kimsə bunların hər ikisini edərsə, Allahı həm sevindirər, həm də qəzəbləndirər. Fəqət Allah dərgahında sevilənin әmәllәrin icrası, qəzəbə səbəb olacaq әmәllәrin tərk edilməsindən daha üstün olduğuna görə, sevilən əməlin icrası zamanı, qəzəbə səbəb əməlin şər’indәn qorunmuş olunur. Uca Allah qulunun etdiyi cinayəti, onun itaəti səbəbi ilə bağışladığı kimi, bir çox günahlarını da izzətli fəziləti ilə əfv edər.
Məsələn, kimsə bir hökmdarın öldürülməsini istəyən düşməni öldürərsə, eyni zamanda hökmdarın qadağan etdiyi içkini də içərsə, hökmdar seviləni etdiyi (düşməni öldürməsi) və buna nisbətən içki içilməsinin kiçik olduğuna görə, o kimsənin bu günahını və digər günahlarını da bağışlar. Amma o kimsə hökmdarın həm sevdiyini, həm də qəzəbləndiyini tərk etsə, qəzəbə səbəb olanı tərk etməsi, heç vaxt sevdiyi şeyin yerinə yetirilməsinin yerini verməz. Hökmdar düşməninin öldürülməsini köləsinə əmr etdiyi halda içkini də yasaqlasa, kölə gücü çatdığı halda o düşməni öldürmədiyi kimi, içkini tərk etsə, içkini tərk etməsinə əvəz olaraq əmri tərk etmə günahını bağışlamaz.
Allah-taala qulların bu fitrət üzrə yaratmışdır. Ağalar kölələriylə, atalar uşaqlarıyla, hökmdarlar ordularıyla, ərlər qadınlarıylə bu cürdür. Yəni bunlardan əmr edilənləri və yasaq olanları tərk edənlər, əmr edilənləri və yasaq olanları icra edənlər kimi deyildir.
Allahın sevdiklərini edən kimsənin bütün yasaqları etməsi dә mümkün deyil. Çünki o, sevilənlərdən etdiyi qədər yasaqları etməmişdir. Həm sevilənləri, həm də qəzəbə səbəb olanları edən bir kimsənin də bütün günahları işləməsi mümkün deyil. Nəticə olaraq həm əmr edilənləri, həm də yasaqları edən bir kimsəni Allah-taala bir cəhətdən sevir, bir cəhətdən sevmir.
Әmr edilənləri tamamilə tərk edən kəs Allahın sevdiklərini etməmiş olur. Yuxarıda deyildiyi kimi yasaqların tərk edilməsi itaət ola bilməz. Ancaq əmr edilənlərə yaxın olmaqla Allaha yaxınlıq və itaət olur. Yəni yasaqlar tərk edilərkən əmr edilmiş olan iman olmazsa, bu yasaqların tərk edilməsi Allaha yaxınlıq və itaət ola bilməz, iman olarsa, olar. Buna görə sırf yasaqları tərk edən kimsəni Allah sevməz, əmr edilənləri etmədiyinə görə isә, hər cəhətdən ona qəzəblənər.
Allah-taala, Öz mәhәbbәtini, heç zaman yasaqların tərk edilməsinə bağlamamışdır, əksinə istər vacib, istərsə də müstəhəb olan əmrlərin yerinə yetirilməsinə bağlamışdır. Şübhə yoxdur ki, Allah tövbə edənləri, təmizlənənləri, yaxşılıq edənləri, şükür edənləri, səbir edənləri, Onun yolunda birlәşәnlәri, təqva sahiblərini, zikr edənləri və sədəqə verənləri sevər. Uca Allah sevgisini və məhəbbətini əmrlərin yerinə yetirilməsinə bağlayıb. Çünki insan və cinlərdən də bu istənilir. Bu barədə Allah-taala buyurmuşdur: «Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!» (Zariyat, 56). Allah-taala insanları və cinləri əmr edilənləri etsinlər, əmr edilənlərdən yayındıran yasaqlardan vaz keçsinlər deyə yaratmışdir.
Yasaqlar, əmr edilənləri yerinə yetirməkdən yayındırmasaydı və onların icrasına mane olmasaydı, qadağaların heç bir mənası, qiyməti olmazdı. Yasaqlar, əmr edilənlərin icrasına mane olduqları üçün yasaq edilmişdir. Yasaqlar əmr edilənləri kamilləşdirmək və tamamlamaq növündəndir. Buna görə yasaqlar suyun maneəsiz axa bilməsi üçün yatağının təmizlənməsi misalındadır. Әmr edilənlər isə, insanların və bütün canlıların həyatlarını təmin edən su kimidir. Yasaqlar gücü mühafizə edən və onu xəstəlikdən qoruyan pəhriz kimidir. Düşünmә ki, qadağalardan çәkinirsәn deyә, Allahın әmrlәrini yerinә yetirmәkdәn – O’na boyun әymәkdәn üstün bir şey etmiş olursan..
Dahi alim İbn әl-Qayyim’in “Uddәt’us-Sabirin” adlı әsәrindәn istifadә olunmuşdur.
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!