Hz. Әli ibn Әbu Talib (Allah ondan razı olsun) dedi:

Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun ) Allaha həmd edib, təriflər dedikdən sonra belə buyurdu:

 «..Ey insanlar!..

Sanki, ölüm — yalnız bizdən başqalarının Qədər`indədir..

Sanki, haqqa tabe olmaq — yalnız başqalarına vacibdir..

Bizə elə gəlir ki, cənazəsini torpağa tapşırdığımız ölülər, az bir müddət sonra yenidən bizim yanımıza (dünyaya) geri qayıdacaqlar.. (Halbuki onların әmәl dәftәrlәri bağlandı, hesabları başlandı vә bir daha әsla dünyaya qayıtmayacaqlar)

Qəbirlərini hazırlayırıq, özlərindən sonra dünyada buraxdıqları miraslarını mənimsəyirik; amma elə zənn edirik ki, onlardan sonra biz (dünyada) əbədi qalacağıq..

Həqiqətən, bütün ibrətləri unutduq və bütün bəlalardan özümüzü güvəndə hiss edərək, arxayınlıq hisslərinə qapıldıq..

 

Öz eyiblərilə məşğul olub, başqalarının qüsurlarıyla maraqlanmayanlara müjdələr olsun!..

Müjdələr olsun o kəsə ki — qazancı halal,

yaşayışı asudə və aşkar,

davranışları gözəl,

niyyəti təmiz,

vicdanı dürüstdür..

 

Rahatlıq anında Allahın əmrlərinə tabe olub, Ona boyun əyənə,

topladığı malı halal şeylərə xərcləyənə,

elm və hikmət məclislərinə gedənə,

çarəsiz və ehtiyaclılarla oturub-durana — müjdələr olsun!..

 

Müjdələr olsun o kəsə ki — nəfsini bütün artıq şeylərdən təmizləmiş,

əxlaqi gözəlliklərlə bəzənmiş,

dürüst bir həyat yaşamış və insanlara bir pisliyi toxunmamışdır..

 

Mal-dövlətinin -ehtiyyacını təmin etdiyi qədərindən- artığını sədəqə edənə,

boş və lazımsız sözlərdən uzaq olana,

Sünnə ilə kifayətlənib, bid’ətə həvəs göstərməyənə — müjdələr olsun!..»

  

Әbu Nuaym «əl-Hilyə» (3/202-203)

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı