featured-image-2317

Sual: Kişi kimə daha çox üstünlük verməlidir: ana yoxsa həyat yoldaşına?

Cavab: Həmd Allaha məxsusdur.

Müsəlman həmişə öz anasına üstünlük verməlidir. Çünki hədisdə varid olmuşdur ki, bir nəfər peyğəmbərdən sallallahu aleyhi və səlləm soruşdu: “Ey Allahın elçisi! Ən çox kimin qayğı göstərilməyə haqqı var?” Dedi: Ananın!” (Yenə) soruşdu: “Sonra kimin?” Dedi: “Ananın” (Yenə) soruşdu: “Sonra kimin?” Dedi: “Ananın”…(əl-Buxari 5514; Müslim 4621)

Bununla belə həyat yoldaşı (qadın) ana üzərində yalnız bir halda üstünlük təşkil edir ki, bu da (nəfəqə) xərcləmək məsələsidir. Əgər ər həm arvadı, həm da ansına kasıb olduğundan pul xərcləməyə gücü çatmırsa, o zaman bu halda öz həyat yoldaşı anasından ön plana keçməlidir. Müsəlman onun üzərində haqqı olan hər bir kəsə öz haqqını verməlidir və zülm olunana kömək etməlidir. Anası onun arvadına zülm edərsə, pis davranarsa, o gözəl tərzdə və insafla buna son qoymalıdır.

Allah daha yaxşı bilir.

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı