NAMAZ QILIR, AMMA SÖZ GƏZDİRİR, QEYBƏT EDİR, HƏR EŞİTDİYİNİ DANIŞIR..
Kiçik yaşlarımda, İslam’la yeni tanış olduğum zamanlar, mәnә desәydilәr ki, müsәlman ‘kişi’ dә yalan danışar, üzünә gülüb, arxanca hәyasız qadınlar kimi qeybәt edәr, “filankәs belә deyir” söylәyәrәk – orda-burda haqqında heç bir әsas olmadan, zәnlә danışar, söz aparıb-gәtirәr, sözünü üzә demәkdәn qorxub, öz taylarının yanında ağzını sağa-sola doğru әyәrәk haqqında min cür yalan mәlumat yayar – inanmazdım, inana bilmәzdim. Ya da inanıb, İslamı bu cür kişilik vәsflәrindәn kәnar şәxslәrlә dәyәrlәndirәrәk – bu gözәl dindәn (Allah qorusun) bәlkә dә üz döndәrәrdim.
Din – necә ki namaz qılmaq, oruc tutmaq, zәkat vermәk, hicab geyinmək, içki içmәmәkdirsә, elәcә dә – gözәl şәkildә nәsihәt etmәyi bacarmaqdır. Hәr namaz üçün dәstәmaz almağı – dürüst, qeybәtsiz, yalansız yaşamaq’la eyni səviyyədə görmürsənsə, bu gözәl dinin mәqsәdlәrini, әsaslarını doğru şəkildə anlamamısan – demәkdir. Әgәr qardaşın üçün xeyir istәyirsәnsә, onun xәtasını görüb, islah olmasını sidq ürәkdәn -sanki özün o durumdaymış kimi- arzulayırsansa, sәnә, o müsәlman qardaşın üçün dua edәrәk, ona -gözәl sözlәrlә, tәklikdә, halına üzülәrәk- nәsihәt etmәyә mane olan sәbәb nәdir? Cahil dediyin insanlarla, can deyib, can eşidib, deyib-gülüb; müsәlman qardaşına qarşı kin saxlamana, paxıllıq, qeybәt vә nәmmamlıq (söz gәzdirmәk) etmәyinә axı sәbәb nәdir? Dünyamı, nәfsinmi?
Qeybәtlә, kin-küdurәtlә, paxıllıqla, yalanla, söz gәzdirmәklә, başqalarının ayağının altını qazmaqla, dәqiq bilmәdiyin, “ordan-burdan eşitdiklәrin”ә әsasәn hökm vermәklә, başqalarının ayaqlarının sürüşmәsinә az qala sevinmәklә – İMAN’ları artan, savabları bol olan vә bu dini kişi kimi yaşayan kәslәr gördünüzmü heç? Biz görmәdik, eşitmәdik…
Ayxan Yaquboğlu (Avqust, 2015)