featured-image-3418

Ey müsəlman!
Allah Təalə buyurur:
“Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar…” (Əl-Ənfal,2)

Ey Müsəlman! Bu ayəni oxuduqda heç qəlbin titrədimi?

Allah Təalə başqa bir ayədə buyurur:
“Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman — məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?” (Əl-Adiyat, 9-11)

Düşündüyün günahlar, o şeylər ki, öz aləmində onları gizlədirdin, asi olub, günah işlədirdin və elə zənn edirdin ki, Allah səni görmür.

Allah Təalə buyurur:
“O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir” (Əl-Həqqa, 18)

Ey müsəlman!

Quran oxuyanda təsirlənirsənmi?

İmamın arxasında namaz qılanda fikrini yayındırmadan, qorxu ilə namaz qılırsanmı, nə oxuduğunu fikirləşirsənmi?

Qorxu hissləri keçirirsənmi?

Vallahi əgər bu Quran dağlara ensəydi dağlar parça-parça olardı. Necə ki, Allah Təalə başqa bir ayədə buyurur:
“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.” (Əl-Həşr, 21)

Amma nə olub bu qəlbə ki, təsirlənmir? Səbəb nədir? Əlbəttə günahlar.

Allah Təalə buyurur:
“Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.” (əl-Mutaffifin,14)

Bir çox insanlar vardır ki, Quran oxuyurlar, amma onun əzəmətini hiss etmirlər. Elə bil ki, qəzet oxuyurlar, və yaxud hər hansısa bir qissəni eşidəndə təsirlənmirlər. Əgər düşmən barəsində eşitsəydilər qorxardılar, amma Allahın əzabı barəsində eşidəndə qorxmurlar.

Allah Təalə ibrət alıb düşünmək üçün nazil etdiyi başqa bir ayədə isə belə buyurur:

“Allah Sözün ən gözəlini — ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz.” (Əz-Zumər,23)

Həqiqətən möminin halı belə də olur. Həqiqətən mömin belə ayələri eşidəndə həyacan keçirir, qəlbi titrəyir və bu ayətlərə tab gətirə bilmir, qorxur və bir az sonra başqa bir ayəni eşitdikdə:
“Həqiqətən, müttəqilər üçün nicat yeri vardır” (Nəbə, 31)

Qəlbi yumşalır, sakitləşir Allah Təalədən onun rəhmətini istəyir. Allah Təalə buyurur:
“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhamməd,24 )

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə namazına qalxardı və uzun surələr oxuyardı. Əzab ayətlərinə çatanda əzabdan Allaha sığınardı. Rəhmət ayətlərinə çatanda onların fəzilətini Allahdan istəyərdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ayətlərə belə yanaşardı. Amma bizim bir çoxumuzdan soruşsan ki, imam işa namazında hansı surəni oxudu? Bilməz. Sübhənallah!

Ey müsəlman!

Nə vaxtsa özünlə tək tənha qalıb öz nəfsini hesaba çəkdinmi?
Quran oxuduqda, Allahı zikr etdikdə və gözün yaşardımı?!
Nə vaxtsa, günahlarını xatırladınmı?

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahı təklikdə anaraq göz yaşı axıdan kimsə barəsində buyurur:

“Qiyamət günü heç bir kölgə olmadığı zaman yeddi sinif insanı Allah Təala Ərşin kölgəsi altında kölgələndirəcək. Həmin siniflərdən biri də Allahı tək tənha olaraq zikr edib göz yaşı axıdan kimsədir.” (Buxari)

Bənzər Məqalələr

media-img_2834

Səhər — sübh namazından sonra, günəş doğana qədər; axşam — əsr namazından sonra günəş batana qədər olan müddətdir: (1)- ( الحَمْدُ للهِ وَحْدَهُ وَالصَّلاةُ وَالسَّلامُ عَلى مَنْ لاَ نَبِيَّ بَعْدَهُ […]
Daha ətraflı
media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı