featured-image-3466

Uca Allah müsəlman qadını əsrarəngiz olaraq yaratdı.
Ona bütün həyatın ağır yükünü daşıya biləcək qüvvət, fəqət başqalarına təsəlli verə biləcək bir zəriflik verdi.
Ona doğumun verdiyi ağrı qədər, bu ağrıya belə dəyməyən- nankor övladının qəlbinə verdiyi ağrısına rağmən, övladına bütün həyatını bağışlaya biləcək bir sevgi verdi.
Özgələrinin qüvvətinin tükəndiyi zaman, ona tükənməyən əzm, ailəsi xəstə olduğu zaman yorğunluğunu unutduracaq bir qüdrət verdi.
Ona ərini bütün qüsurlarına rağmən onu sevmək qüvvəti verdi.
Ona ərindən xoşagəlməz bir cavab eşitdikdə, onun qəlbini qırmamağı üçün gözəl bir təbəssüm verdi.
Ona ərinin onu çox sevdiyini, fəqət bəzən onun səbrini sınayacaq davranışlar göstərə biləcəyini anlayacaq bir zəka verdi.
Ona dərdli olduqda belə hislərini biruzə verməyən və həyat çətinlikləri qarşısında əyilməyəcək bir məğrurluq verdi.
Ona çətinliklər qarşısında yalnız uca Allaha təvəkkül edən qəlb və Onu zikri ilə islaq qalan bir dil verdi.
Ona tək başına belə həyatın bütün çətinliklərini dəf edəcək güc və daim başını dik saxlaya biləcək bir vüqar verdi.

Və ona zəif və zərifliklərini xatırlamaları üçün bir göz yaşı bəxş etdi. Özlərinin sahib olduqları ehtiyaclarından dolayı istifadə edə bilmələri üçün sadəcə bir göz yaşı…

__________
əz-Zubeyr

Bənzər Məqalələr