Onları şiddətli əzaba bürü, bizi qalib et, ey Rəbbimiz! (Erməni terroruna qarşı dua nümunəsi)
Bu günlərdə dualarımızı çoxaldaq!
Ya Qadir! Ya Həyyu! Ya Qəyyum!
Ya Azim! Ya Zəlcələli val-İkram! Biz Sənə güvəndik, Sənə iman gətirdik!
Ya Qahir! Ya Qahhar! Qalib gələn, məğlub edən Sənsən! Düşmənlərimizi qəhr et, onları məğlub et!
Ya Allah! Sənin sonsuz salamın, xeyir- duan Peyğəmbərimizin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
Allahım! Səndən diləyirik. Şəhadət edirik ki, Sən Allahsan, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən Təksən, heç kəsə möhtac qalmayan, doğmayıb doğulmayan və tayı-bənzəri olmayansan!
Kitabı nazil edən, haqq-hesabı tez çəkən Allahım! Düşmənlərdən olan dəstələri darmadağın et! Allahım, onları darmadağın et və onları sarsıt!
Ya Qadir! Hər şeyə qadir olan Sənsən. Sənin qüdrətinlə Səndən istəyirik! Bizə, erməni təcavüzkarları üzərində əzəmətli gücünü göstər! Yer üzərini onlara dar et, Allahım!
Ya Mutəal! Hər şeydən yüksəyə ucalmış Sənsən. Sənin ucalığın qarşısında acizliyimizi etiraf edərək əlllərimizi Sənə açmışıq! Düşmənlərimizi və havadarlarını param-parça et, Allahım!
Allahım! Sənə yalvarırıq.. Həmd Sənədir. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Təksən, heç bir şərikin yoxdur.
Ya Mənnan! Ey göyləri və yeri Yaradan! Ya Zəl Cələli val İkram! ! Ya Həyyu! Ya Qəyyum! Düşmənlərimiz üzərində möhtəşəm qələbələr nəsib et Allahım!
Ya Mövla! Bəndələrinin işin yoluna qoyan, ən yaxın yardımçı olan Sənsən. Hər zaman bizim köməkçimiz ol! Düşmənlərimizi məğlub et Allahım! Ordumuza böyük zəfərlər nəsib et, Allahım!
Ya Vəkil! Etibar edilən, etimad edilən Sənsən! Ya Vəkil! Sənə etimad edir və Sənə güvənirik! Ordumuza böyük qələbələr nəsib et Allahım!
Ya Həyyu! Ya Qəyyum! Ya Zəl Cələli val İkram! Ya Qadir! Ya Muqtədir! Sənsən hər şeyə qadir olan. Kainatda heç bir şey Səni aciz qoya bilməz. Hər şeyə qadir olan Sənsən. Bizlər də Sənin əzəmətin önündə acizliyimizi dərk və etiraf edərək Sənin gücünə sığınmışıq. Sən Qüdrətlisən, biz isə, aciz – Ya Qadir!
Düşmənlərimiz üzərində şanlı qələbələr arda-arda gəlsin ey Allahım!
Ya Fəttəh! Qulların üçün xeyir verən və bütün qapıları açan Sənsən. Sən açdığın qapını heç kim bağlaya bilməz. Bütün qələbə qapılarını aç şanlı ordumuza, Allahım!
Erməni təcavüzlarını məhv et, Allahım! Allahım! Erməni təcavüzkarlarının üzərinə göydən, sağdan, soldan ayaqlarının aıtından – hər tərəfdən bəlalar göndər, Allahım! Ayaqlarının altından torpağı sirkələt Allahım!
Ya Muhit! Hər şeyi əhatə edən Sənsən, Allahım! Hər tərəfdən bəla və müsibətlər yağdır üzərlərinə, Allahım!
Hər şeyi əhatə edən,bütün kainatı heyrana salacaq əzəmətli güc və qüdrətini – erməni təcavüzkarlarının üzərində bizlərə göstər, Allahım!
Ya Həsib! Heç nəyi nəzərdən qaçırmayan, haqq-hesab tələb edən Sənsən! Erməni təcavüzkarlarını şiddətli əzaba bürü, onları və havadarlarını öz hiylələrində məhv et Allahım!
Amin! Amin! Amin!
Yaşar Qurbanov