ORUCLA BAĞLI ƏN ÇOX SORUŞULAN SUALLAR
Cavabları görmək üçün sualların üzərinə tıklayın.
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”GÖZ DAMCISI ORUCU POZURMU?” collapse_text=”Göz damcısı orucu pozurmu?” ]
Göz damcısı orucu pozmaz. Çünki, gözə damladılmış maye, 1 ml-in 20/1-i olduğuna, yəni – çox az olduğuna görə və göz qapaqlarının tərpədilməsi ilə bir qisminin çölə ifraz edilməsi, bir qisminin isə göz-burun boşluğu kanalında somurulmasına görə, yemə-içmə mahiyyətli qidalandırıcı sayılmaz.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”AĞIZ SPREYİ ORUCU POZURMU?” collapse_text=”Ağız spreyindən istifadə etmək orucu pozurmu?” ]
Ağız və burundan daxil olan və mədəyə çatan hər bir qidalandırıcı şey, orucu pozur. Lakin, diş ağrısı və ya ağız qoxusu üçün istifadə olunan spreylər, mədəyə getmədiyinə və qidalandırıcı olmadıqlarına görə, orucu pozmaz
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”DİŞ PASTASI ORUCU POZURMU?” collapse_text=”Dişləri fırçalamaq orucu pozurmu?” ]
Dişləri fırçalamaq üçün məcundan istifadə etmək, orucu pozmaz. Lakin, su və ya məcunun boğaza getməməsinə mütləq şəkildə çalışmaq lazımdır. Bu səbəblə də, bunu, ehtiyat baxımından oruc saatları başlamadan və ya orucu açdıqdan sonra etmək daha yaxşıdır.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”İYNƏ ORUCU POZURMU?” collapse_text=”İynə vurulması orucu pozurmu?” ]
Dinimiz xəstələrin oruc tutmamasına icazə vermişdir. Lakin, orucun tibbi olaraq zərər verməyəcəyi xəstələrə iynə vurulması mövzusunu iki hissəyə ayıra bilərik:
- Vitaminli və qidalandırıcı olmayan iynələr, orucu pozmur.
- Vitaminli, qidalandırıcı iynələr və həmçinin xəstəyə qan vurulması, orucu pozur.
Hər bir halda, iynə vurulmasını iftardan sonraya və ya sahur vaxtına təyin etmək, ehtiyat baxımından daha əlverişlidir. Başda qeyd etdiyimiz kimi, xəstələrin -sonra qəza etməklə- oruc tutmamalarına icazə vardır.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”QUSMAQ ORUCU POZURMU?” collapse_text=”Qusmaq orucu pozurmu?” ]
Miqdarından asılı olmayaraq qeyri-ixtiyari qusmaq orucu pozmur. Lakin, insanın özünü ağız dolusu qusdurması, orucu pozur və qəzanı vacib edir.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”BURUN DAMCISI ORUCU POZURMU?” collapse_text=”Burun üçün istifadə olunan damcılar orucu pozurmu?” ]
Müalicə üçün istifadə olunan burun damcılarının 1 damlası, təqribən 0,06 cm3-dur. Bu çox az miqdarda olan mayenin əksər hissəsi burun çəpərlərində somurulur və geri qalan az hissəsi mədəyə çatır. Ağzı su ilə çalxaladıqda, ağızda qalan az miqdarda suda olduğu kimi, təqribən eyni miqdarda olan qeyd etdiyimiz maye də qidalandırıcı sayılmaz və orucu pozmaz.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”BƏLĞƏM ORUCU POZURMU?” collapse_text=”Bəlğəmi udmaq orucu pozurmu?” ]
Əgər bəlğəm ağıza gəlmədən udularsa, orucu pozmaz. Lakin, əgər ağıza gələrsə, ən doğrusu onu geri udmamaqdır. İstənmədən udulduqda isə, oruca zərər verməz.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”ÇİMMƏK, SUYA BAŞ VURMAQ ORUCU POZURMU?” collapse_text=”Çimmək orucu pozurmu?” ]
Ağız və burundan su mədəyə getmədiyi təqdirdə, çimmək orucu pozmaz. Peyğəmbərimiz (ona salam olsun) oruclu ikən bəzən çimərdi (Buxari). Suya baş vurmağa gəlincə, onun da hökmü eynidir. Lakin, dənizdə çimmək və suya baş vurmaq əsnasında, xüsusən də dalğaların təsiri ilə su udulması ehtimalı böyükdür. Bu səbəblə, oruclu insanın bunu etməməsi daha doğrudur.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”QAN ANALİZİ VƏ YA QAN ALDIRMAQ ORUCU POZURMU?” collapse_text=”Bədəndən qan ifraz olunduqda oruc pozulurmu?” ]
Qan analizi və ya ümumiyyətlə qan aldırmaq, orucu pozmaz. Lakin, oruc tutanın fiziki olaraq qüvvətli olmasını əngəlləyəcək bu kimi şeyləri, oruclu olmadığı saatlara saxlamaq daha yaxşıdır.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”ƏTİR VURMAQ ORUCU POZURMU?” collapse_text=”Ətirlənmək orucu pozurmu?” ]
Ətir qoxusu bədəni qidalandıracaq heç bir mahiyyət daşımadığına görə, orucu pozmur
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”MÜALİCƏ ÜÇÜN ŞAM QOYDUQDA ORUCU POZURMU?” collapse_text=”Şam qoymaq orucu pozurmu?” ]
Həkim və terapevtlərin, əsasən mədə-bağırsaq problemlərinin müalicəsi üçün tövsiyə etdikləri şam – orucu pozmur. Çünki bu, bədəni qidalandırmır. Bədəni qidalandırdığı təqdirdə, orucu pozmuş sayıla bilər.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”SAÇA RƏNG QOYMAQ, GİGİYENİK POMADA, SÜRMƏ VƏ DİGƏR MAKİYAJ VASİTƏLƏRİ ORUCU POZURMU?” collapse_text=”Makiyaj və saça rəng qoyulması orucu pozurmu?” ]
Bunların heç biri, bədəni qidalandıracaq mahiyyət daşımadığına görə, orucu pozmur. Bura gigiyenik dodaq vasitələri də aiddir.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”QÜSLSUZ HALDA İMSAK/SAHUR ETMƏK OLARMI?” collapse_text=”Qüslsuz halda imsak etmək olarmı?” ]
Qüslsuz halda sahur edərək oruca başlamamaq daha məsləhətli və daha doğrudur. Lakin, qüslsuz halda sahur etmiş insanın orucu keçərlidir. İlk fürsətdə qüsl alması mütləqdir.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”YUXUDA QÜSLU POZULMUŞ İNSANIN ORUCU POZULURMU?” collapse_text=”Yuxuda ikən pollusiya halı orucu pozurmu?” ]
Yuxuda ikən qeyri-ixtiyari olaraq qüslun pozulması halı, orucu pozmaz. Qüslsuz halda sahura oyanmaq da orucu pozmaz. Lakin, ilk fürsətdə qüsl almaq, qüslsuz çox qalmamaq lazımdır.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”DODAQ VƏ YA DIRNAQ YEMƏK ORUCU POZURMU?” collapse_text=”Oruclu insanın dodaq içini və ya dırnağını yeməsi orucu pozurmu?” ]
Oruclu insanın dodağından və ya dırnağından bir hissəni yeməsi orucu pozur. Orucun hikmətlərindən biri də, insanı bu cür pis vərdişlərdən çəkindirməkdir. Ağız içindən yeyilmiş bir hissə isə, eynilə tüpürcəyi udmaq kimi (xaricdən deyil, daxildən olan bir proses olduğuna görə) orucu pozmaz. Lakin, ən doğrusu bunların hər birindən uzaq durmaqdır.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”ORUCLU OLDUĞU HALDA HEYZ OLMUŞ QADIN NƏ ETMƏLİDİR?” collapse_text=”Qadınların heyz/aybaşı halı orucu pozurmu?” ]
Oruc tutduğu halda heyz olmuş qadının orucu pozulur. Orucunu açıb, qidalana bilər. Lakin, İslami ədəb qaydalarına uyğun olaraq, insanlar içində oruclu olmadığını aşkara çıxarmaması tövsiyə olunur.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”İMSAK/SAHUR VAXTINDAN BİR QƏDƏR SONRA HEYZDƏN TƏMİZLƏNMİŞ QADIN NƏ ETMƏLİDİR?” collapse_text=”İmsakdan sonra təmizlənmiş qadın oruc tutmalıdırmı?” ]
İmsak vaxtı tamamlandıqdan sonra təmizlənmiş qadın, oruc tutmaz, Ramazandan sonra həmin günün əvəzinə qəza edər. Sahur vaxtı çıxmamış heyzdən təmizlənmiş qadın, qüsl alıb, oruca başlaya bilər.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”UNUDARAQ YEMƏK VƏ İÇMƏK ORUCU POZURMU?” collapse_text=”Unudaraq yeyən insan nə etməlidir?” ]
Oruclu halda unudaraq yeyib içənin orucu doğrudur. Lakin yadına düşən kimi yeyib içdiyindən dərhal imtina etməlidir. Hətta ağzında olan tikəni və ya suyu geri çıxarmalıdır. Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur: “Kim oruclu olduğunu unudaraq yeyər və ya içərsə orucunu tamamlasın. Onu Allah yedizdirib içizdirmişdir”. İnsan unudaraq etdiyi işlərə görə Allah yanında günah qazanmır.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”DİŞ ÇƏKDİRMƏK, DİŞ QANAMASI VƏ KEYİDİCİ İYNƏ ORUCU POZURMU?” collapse_text=”Diş müalicəsi və keyidici iynələrin istifadəsinin oruca təsiri varmı?” ]
Diş müalicəsi və diş çıxarılması orucu pozmaz. Diş və ya damaqdan qanın ifraz olunması isə – qanın udulmadığı təqdirdə orucu pozmaz. Qan, qarışdığı tüpürcəklə eyni miqdarda və ya ondan (qarışdığı tüpürcəkdən) daha çox olarsa, orucu pozar və qəza etmək vacib olar. Az miqdarda olan qan isə, diqqətə alınmır və oruca zərər vermir. Diş keyidicisinə gəlincə, -udulmadığı təqdirdə- orucu pozmaz.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”DAİMİ XƏSTƏLİYƏ TUTULAN ADAM NECƏ ORUC TUTMALIDIR?” collapse_text=”Bir adam daimi xəstəliyə tutulub və həkim ona oruc tutmağı yasaq edibsə bu adam nə etməlidir?” ]
Bir insan, müalicəsi olmayan daimi xəstəliyə tutulubsa bu zaman o, hər günün əvəzinə bir nəfər yedizdirir. Əgər buna maddi olaraq imkanı olmazsa, Allah Bağışlayandır, Rəhmlidir.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”HƏR GÜN ORUCA NİYYƏT ETMƏK LAZIMDIRMI?” collapse_text=”Ramazan ayında hər gün niyyət etmək lazımdır yoxsa bir aylıq oruc niyyəti kifayətdir?” ]
Ramazan ayında birinci gün bir dəfə niyyət etmək kifayətdir. Çünki oruc tutan hər gün axşam niyyət etməsə də, artıq onun bir ay oruc tutmaq niyyəti var idi. Amma, orucu Ramazan ayı əsnasında müəyyən səbəb üzündən kəsərsə, onda yenidən niyyət etmək lazımdır. Çünki, onun orucu səbəb üzündən kəsilmişdir və buna görə də niyyəti təzələmək lazımdır.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”YEMƏYİN DADINA BAXMAQ ORUCU POZURMU?” collapse_text=”YEMƏYİN DADINA BAXMAQ ORUCU POZURMU?” ]
Yeməyin dadına, onu udmadan baxmaqla oruc batil olmur. Amma bunu lazımsız yerə deyil, yalnız ehtiyac olan zaman etmək olar. Yeməyin dadına baxarkən istəmədən mədəyə bir şey gedərsə orucu batil etmir.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”QARŞI CİNSƏ TOXUNMAQ ORUCU POZURMU?” collapse_text=”Ramazan ayı oruclu halda qadınla danışmağın və əlindən tutmağın hökmü nədir? Xüsusən bəzi ictimai yerlərdə bu kimi hadisələr daha çox baş verir?” ]
Əgər kişinin qadınla (və ya əksinə) söhbətindən məqsəd, ləzzət və ya şəhvət deyilsə; Ramazan ayında oruclu halda bilmədən əli ilə qadına toxunarsa, bunun oruca təsiri yoxdur. Yox, əgər qadınla söhbətdən məqsəd, ləzzət almaqdırsa, bu həm Ramazan, həm də qeyri vaxtlarda qadağandır.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”BÜTÜN GÜNÜ YATAN İNSANIN ORUCU SAYILIRMI?” collapse_text=”Oruclu halda gündüz vaxtını yatmaqla keçirməyin və belə orucun hökmü nədir? Yaxud, fərz namazlarını qılmaq üçün oyanır sonra yenidən yatmağa davam edirsə onun hökmü nədir?” ]
Bu sual iki məna daşıyır:
Birinci adam bütün gününü yatmaqla keçirir və heç oyanmır. Şəkk yoxdur ki, belə etmək günahdır və namazları vaxtından sonraya saxlamaq Allaha asilikdir. Belə adamın orucu naqis olur və onun əməli, bir şəhəri məhv edib yerində qəsr tikən adamın timsalındadır. O, Allaha tövbə etməli və qalxıb namazlarını vaxtında qılmalıdır.
Ikinci adam oyanıb fərz namazlarını vaxtında qılırsa ona günah yoxdur. Lakin o özünü çoxlu xeyirdən məhrum etmiş sayılır. Çünki oruc tutan adam namaz qılmalı, zikr, dua etməli və ya Quran oxumalıdır ki, oruc ilə bərabər müxtəlif ibadətləri cəm etsin. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırsa bu onun üçün başqa vaxtlarda daha rahat və asan olar. Əgər o öz nəfsini tənbəlliyə, halsızlığa və rahatlığa öyrəşdirsə onda başqa əməllər və ibadətlər ona çətin gələr. Ona görə mən belə adama tövsiyə edirik ki, oruclu vaxtını yatmağa deyil, ibadətə sərf etsin. Allaha şükürlər olsun ki, O bizə günümüzdə orucun çətinliyini azaldan: kondisioner və s. – nemətlər vermişdir.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”DƏRİNİ QİDALANDIRAN KREMLƏR ORUCU POZURMU?” collapse_text=”DƏRİNİ QİDALANDIRAN KREMLƏR ORUCU POZURMU?” ]
Oruclu halda ehtiyac olduqda bədəni kremləmək olar. Çünki həmin maddə dərinin üstünü nəmləndirir və bədənin içərisinə daxil olmur.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”SƏFƏR BAŞLAMAMIŞ ORUC TUTMAMAQ OLARMI?” collapse_text=”SƏFƏR BAŞLAMAMIŞ ORUC TUTMAMAQ OLARMI?” ]
Səfərdə olan insanın oruc tutmayıb, sonra qəza etməsi icazəlidir. Lakin, ən doğrusu – səfər başladıqdan sonra orucu açmaqdır. Misal üçün: insan öz evindən çıxaraq yola düşürsə, ən doğrusu oruclu halda çıxmasıdır. Yaşadığı şəhəri tərk etdikdən (80-90 km məsafədə) sonra, istəyərsə orucunu aça bilər. Bir çox insan, “onsuz da səfərə çıxıram” düşüncəsi ilə, evində ikən orucunu açır ki – bu da xətadır.
Əlavə olaraq qeyd edək ki, sırf Ramazan orucundan yayınmaq üçün səfərə çıxmaq, dinimizə görə qadağandır. Sonradan qəzasını tutsa belə, həmin insan günah qazanır. Oruc tutmamaq rüxsəti/icazəsi, yuxarıda qeyd etdiyimiz kimi bir niyyət olmadan, hər hansı bir səbəbə görə səfər çıxan insan üçündür.
[/bg_collapse]
[bg_collapse view=”button-green” color=”#ffffff” icon=”arrow” expand_text=”HAMİLƏ VƏ YA SÜD VERƏN QADIN ORUC TUTMASA OLARMI?” collapse_text=”HAMİLƏ VƏ YA SÜD VERƏN QADIN ORUC TUTMASA OLARMI?” ]
Əgər hamilə və ya südəmizdirən qadın uşağından ötrü qorxduğu üçün oruc tutmazsa, sonra o günlərin qəzasını tutması kifayət edər və oruc tutmadığına görə günah qazanmaz. Bəzi İslam alimlərinə (Əhməd və Şafi) görə isə, qəza etməklə bərabər, hər günün əvəzində ehtiyaclı (miskin) birisini yedirməlidir.
[/bg_collapse]
Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Tərtib: Ayxan Yaquboğlu
BU SUAL-CAVABI YOUTUBE’DA SƏSLİ OLARAQ DİNLƏMƏK ÜÇÜN: https://youtu.be/IMTO3CAoOQQ