Orucun savabına toxunulmaz, cəza olaraq başqasına verilməz (şərh)
Qiyamət günü – (dünyada ikən) əgər oruc tutmuş bir insanın boynunda, digər qullara qarşı etdiyi zülmlər olarsa, onun bütün savablarından digər qullar(a verilmək) üçün götürülər.. Bu mövzudakı məşhur hədis hər kəsə məlumdur. Peyğəmbərimiz ﷺ səhabələrinə demişdir: “Bilirsinizmi müflis kimdir?”, səhabələr “Ey Allahın elçisi, bizə görə müflis pulu və malı olmayandır” – deyə cavab verdikdə, O belə buyurdu: “Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, lakin (bununla bərabər) birini söymüş, birinə iftira atmış, onun malını (haqsız olaraq) yemiş (və ya) bunun qanını tökmüşdür.. Bundan dolayı onun yaxşılıqlarından götürülərək, bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, o zaman haqq sahiblərinin günahları o kimsəyə yüklənilir və sonra o kəs Cəhənnəmə atılır”. (Tirmizi, 4/36).
Lakin, burada bir istisna vardır. Yalnız orucdan başqa.. Orucdan heç bir şey götürülməz. Çünki o əməl, insan üçün deyil, Uca Allah üçündür. Hədisdə buyurulur:
“(Allah buyurur:) Adəm övladının orucdan başqa olan bütün əməlləri özünə aiddir. Oruc Mənim üçündür və elə buna görə də, mükafatını (oruc tutan adama) Mən verirəm.”
Bir sözlə, orucun savabı, onu edənə qalır və bu əməldən – dünyada ikən haqsız yerə zülm etmiş olduğu insanlara verilmək üçün heç bir şey götürülməyəcək. Qeyd etdiyimiz, Uca Allahın, oruc ibadətini xüsüsiləşdirməsi (“Oruc Mənə aiddir və mükafatını da Özüm verəcəyəm” hədisi) haqda bəzi alimlərdən varid olmuş izahlardan biridir.
M. S. Useymin’in sözlərindən istifadə olunmuşdur (Şərhu Riyadus-Salihin, səh. 266).