featured-image-3628

Osmanın (r.a) xilafət dövrü fəthlərlə zəngin idi. Bu vəziyyət on il davam etdi. Həmin illər ən gözəl illərdən sayılırdı. Bu vaxt ərzində İslam dövlətinin sərhədləri çox genişlənmişdi. Həmin dövrdə Müaviyə (r.a) Kipr adalarını fəth etmişdi. Ömər (r.a) dəniz yolu ilə fəthləri qadağan etmişdi, lakin Osman (r.a) buna icazə verərək bu sahəni yenidən bərpa etdi. Həmçinin bu ərəfədə Azərbaycan, Ərməniyyə, Kabul, Sicistan və bir çox ölkələr fəth edildi. Habelə Onun xilafəti dövründə “Zətussəvari” adlı böyük döyüş baş vermişdi.
Osman (r.a) Məscidül Həramı və Peyğəmbər (s.a.v) məscidini genişləndirdi. Raşidi xəlifələrin zamanında bu iki məscidi genişləndirmək üçün ən böyük layihənin icrası Osmanın (r.a) xilafətində olmuşdur.

1. Afrikanın fəthi (Hicrətin 27-ci ili):
(“əl-Bidayə vən Nihayə” 7/157.)

Osman (r.a) Abdullah ibn Sə`d ibn Əbu-s-Sərhə Afrika ölkələrinə yürüş etməyi tapşırıb dedi: “Əgər Allah bu ölkələri sənin üzünə açsa xümsün beşdəbiri ancaq sənin olacaqdır”.
Abdullah on minlik qoşunla Afrikaya üz tutdu. Oranın hər tərəfini — dağını, aranını fəth etdi. Əhalisi İslamı qəbul etdi. Abdullah ibn Sə`d xümsün beşdəbirini saxladı, dörd hissəsini isə Osmana  göndərdi. Saxladığı beşdəbiri beş hissəyə böldü. Dördünü qoşuna payladı, birini isə Osmanın (r.a) dediyinə əsasən özünə götürdü. Piyadalılara min, atlılara isə üç min dirhəm verdi. Mini döyüşçüyə, iki mini isə ata görə verdi.

2. Barbar və Cərcirlərin müsəlmanlarla döyüşü (Hicrətin 27-ci ili):
Müsəlmanlar Abdullah ibn Əbussərhin başçılığı altında iyirmi minlik qoşunla Afrikaya hücum təşkil etdikdə, barbarların padşahı Cərcir yüz iyirmi minlik, başqa rəvayətə görə iki yüz minlik qoşunla onların qarşısına çıxdı. Müsəlmanların qoşununda Abdullah ibn Ömər və Abdullah ibn əz-Zubeyr kimi görkəmli əshabələr vardı. Qoşunlar üzləşdikdə Cərcir öz qoşununa müsəlmanları mühasirəyə almağı əmr etdi. Onu da qeyd edək ki, müsəlmanlar strateji baxımdan ən təhlükəli mövqedə dayanmışdılar. Abdullah ibn əz-Zubeyr deyir: “Mən Cərcirin qoşunun arxasında yük atının üzərində dayandığını və iki kənizin onu tovuz quşu lələyi ilə kölgələndirdiyini gördüm. Gedib Abdullah ibn Səəd ibn Əbussərhə dedim: “Mənə bir neçə nəfər gözətçi ver, gedim padşahı öldürüm. O da bir neçə cəsarətli döyüşçü seçib onlara məni qorumağı tapşırdı. Mən irəli atılıb qoşun sıralarını yararaq padşaha yaxınlaşdım. Hamı elə düşünürdü ki, mən padşaha məktub aparan elçiyəm. Padşah isə mənim xoşniyyətli olmadığımı başa düşüb atına minib qaçdı. Mən ona çatıb nizə ilə onu vurdum və qılıncla başını kəsib nizəmin ucuna taxdım. Sonra “Allahu Əkbər” deyib haray çəkdim. Barbarlar bunu gördükdə pərən-pərən düşdülər və toyuq kimi qaçmağa başladılar. Müsəlmanlar isə onların arxasına düşüb öldürdüklərini öldürdülər, qalanlarını isə əsir aldılar. Bu döyüşdə müsəlmanlar bolluca qənimət, mal-dövlət və əsir ələ keçirdilər. Bu hadisə Qeyrəvan əyalətindən iki günlük yol məsafəsində Subeytələ adlı yerdə baş vermişdir. Bu, Abdullah ibn əz-Zubeyrin yadda qalan ilk qəhrəmanlıq səhnəsi idi. Allah ondan, atasından və bütün silahdaşlarından razı olsun!

3. Zətus Səvari döyüşü (Hicrətin 31-ci ili):
Bizans imperatoru Heraklın oğlu Konstantin şimali Afrikanın əhalisi barbarlarla birgə Abdullah ibn Səəd Əbussərhə qarşı birləşərək misli görünməyən bir qoşun topladılar. Onların qoşununda beş yüz süvari var idi. Onlar məğrib torpaqlarında olan Abdullah ibn Əbussərhə və onun qoşununa tərəf yönəldilər. Hər iki qoşun qarşılaşdıqda bizanslılar xaç çəkir, müsəlmanlar isə namaz qılır və Quran oxuyurdular. Səhər açılanda Abdullah ibn Əbussərh gəmilərdə qoşunu sıralara düzdü və onlara Allahı zikr etməyi, Quran oxumağı əmr etdi.
Külək bizanslıların və barbarların xeyrinə əsirdi. Sonra külək dayandı və müsəlmanlar onlara dedilər: “İstəyirsinizsə gəmilərdən yerə enək”. Bizans tərəfi bu təklifi qəbul etmədi. Müsəlmanlar gəmilərlə onlara yaxınlaşdılar və döyüş qızışdı. Sonra Allah müsəlmanlara qələbə verdi və Konstantin öz ordusu ilə qaçdı. Abdullah ibn Əbussərh düşmənin geri qayıtmasından ehtiyatlanaraq bir neçə gün Zətussəvari adlı yerdə qaldı. Daha sonra müzəffər ordu ilə geri qayıtdı.
Osmanın (r.a) vaxtında baş verən digər mühüm hadisələrdən aşağıdakıları da qeyd etmək olar:
– Peyğəmbərin  məscidinin genişləndirilməsi.
– İlk dəniz donanmasının yaradılması.
– Quranın ikinci dəfə cəm edilməsi. Quranın cəm edilməsini dörd nəfərə tapşırdı. Üçü Qureyşdən, biri isə ənsarlardan idi. Qureyşdən Abdullah ibn əz-Zubeyr, Səid ibn əl-As və Əbdürrəhman ibn əl-Haris idi. Ənsar isə Zeyd ibn Sabit idi.
Osmanın (r.a) əmri ilə toplanıb kitab halına salınmış Qurani-Kərimlər İslam ölkələrinə göndərildi. Osman (r.a) ölkələrə təkcə Qurani-Kərimi göndərməklə kifayətlənmədi. O, hər nüsxə ilə bir nəfər qiraət alimi göndərdi ki, Qurani-Kərimi müsəlmanlara olduğu kimi öyrətsin.
Mədinə camaatına Quran öyrətməyi Zeyd ibn Sabitə (r.a) tapşırdı. Abdullah ibn əs-Saibi Məkkəyə, əl-Muğirə ibn Şihabı Şama, Amir ibn Əbdülqeysi Bəsrəyə və Əbu Əbdürrəhman əs-Süləmini Kufəyə göndərdi. Quranın altıncı nüsxəsini isə özündə, Mədinə şəhərində saxladı. Bu nüsxəyə “əl-Mushaf əl-İmam” (rəhbər Quran) adı verilmişdi.
1. Peyğəmbərin (s.a.v) məscidinin genişləndirilməsi.
2. İlk gəminin inşa edilməsi.
3. Quranın ikinci dəfə cəm edilməsi.
O, bu işi, üçü qureyşdən, biri isə ənsardan olan dörd nəfərə həvalə etdi.
Qureyşdən olanlar, Abdullah ibn əz-Zubeyr, Səid ibn əl-As və Abdurrahmən ibn əl-Harisdir. Ənsardan isə Zeyd ibn Sabit idi.
Yazılmış səkkiz nüsxə Quran fəth edilmiş islam ölkələrinə göndərildi. Osman (r.a) baş vermiş fikir ayrılığını aradan qaldırmaq üçün təkcə Quranın nüsxəsini göndərməklə kifayətlənmədi, o, hər nüsxə ilə bir nəfər qiraət alimi göndərdi ki, müsəlmanlara Quran qiraətini göndərilən nüsxəyə uyğun öyrətsin.
Zeyd ibn Sabiti (r.a) Mədinəyə, Abdullah ibn əs-Saibi Məkkəyə, əl-Muğirə ibn Şihabı Şama, Amir ibn Abdulqeysi Bəsrəyə, Abu Abdurrahmən əs-Suləmini Kufəyə qiraət müəllimi təyin etdi.
Quranın altıncı nüsxəsini isə özündə saxladı. Bu nüsxə “əl-Mushəf əl-İməm” (Quranın rəhbər nüsxəsi) adlanır.

—————–
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr