Peyğəmbərlər (onlara salam olsun) təbliğlərində məsumdurlar.
Bəzi islam alimlərindən eşitmişik ki, sözlərində deyirlər ki, peyğəmbər (səlləllahu aleyhi və səlləm) xəta edib, bu səhihdirmi (doğrudurmu)?
Mən həmçinin İmam Malikin bu sözünü eşitmişəm: Bizim hər birimizdən söz rədd oluna, özümüzə qaytarıla bilər, bu qəbir sahibindən başqa (Söhbət Allah Rəsulundan səlləllahu aleyhi və səlləmdən gedir)…
Artıq bütün müsəlmanlar cəsarət edərək yekdil qərara gəliblər ki, Peyğəmbərlər (onlara salam olsun) və xüsusi ilə onların xatəmi, sonuncusu Muhamməd (səlləllahu aleyhi və səlləm) Allah təalanın hökmlərini təbliğ etməkdə xətadan məsumdurlar. Necə ki, Allah təala buyurur: “1. Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki, 2. Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! 3. O, kefi istəyəni (havadan) danışmır. 4. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. 5. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi” (Ən-Nəcm surəsi 1-5). Bu ayə bizə açıq-aşkar bəyan edir ki, Muhamməd (səlləllahu aleyhi və səlləm) Allahın şəriətini bütünlüklə bizə çatdırmaqda sözü, əməli və təqriri ilə (yəni bu və ya digər məsələyə susması, işarəsi ilə icazə verməsi) məsumdur. Bu məsələ elm əhli arasında mübahisəli deyil. Həmçinin bütün elm əhlinin hamısı demişlər ki, O, yəni Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm), kiçik xətalardan başqa böyük günahlardan və asiliklərdən, xətalardan məsumdur. Artıq kiçik günahları barədə ona xəbərdarlıq gəlir, lakin onun əleyhinə qərar verilmir. Onu tərk etməsi üçün Ona xəbərdarlıq gəlir. Amma dünya işlərinə gəldikdə, xəta edib, sonra isə bununla xəbərdarlıq olunub. Necə ki, Allah Rəsulundan (səlləllaahu aleyhi və səlləm) belə bir hadisə baş verib ki, bir dəfə camaat xurmanın dibinin döyülməsi haqqında Ona deyib: “Nə zənn edirsən, bizə nə məsləhət edirsən onun dibini döyəkmi, yoxsa tərk edək”. Onlar onu tərk etdikdə quruyurdu. Onu peyğəmbərə (səlləllahu aleyhi və səlləm) xəbər verəndə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) onlara belə dedi: “Mən bunu öz zənnimlə sizə dedim. Siz dünya işlərinizi daha yaxşı bilirsiniz. Amma mən sizə Allah haqqında xəbər verəndə, mən Allah haqqında heç bir şeyi yalan demirəm”. Yəni, dünya işlərinizi siz məndən daha yaxşı bilirsiniz. Bu sahədə əldə etdiyiniz təcrübəniz var. Amma Allah haqqında sizə nə deyirəmsə, bu məsələdə sizə dediklərim hamısı haqq, həqiqət və doğrudur. Bu hədisi Müslim “Səhih” əsərində rəvayət etmişdir.
Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) bizə xəbər vermişdir ki, həqiqətən də insanlar dünya işlərini daha yaxşı bilirlər. Xurmanı necə əkməyi, necə dibini döyməyi, necvə suarıb-becərməyi, necə yığmağı daha yaxşı bilirlər. Amma Allaha aid işləri isə peyğəmbərlər (onlara salam olsun) daha yaxşı bilirlər.
Peyğəmbərlər (onlara salam olsun) Allah təala haqqında nə xəbər versələr, onlar o məsələdə məsumdurlar. Əgər bir nəfər desə ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bu sözündə səhvdir, onda bizə vacibdir ki, bizə izah olunan kimi onu başa salaq. İmam Malik (Allah ona rəhmət etsin) belə buyurur: “Bizim hər birimizdən çıxan söz rədd oluna, geri qaytarıla bilər, ancaq bu qəbirin sahibindən başqa” (İmam Malik Allah Rəsulunun (səlləllahu aleyhi və səlləmin) qəbrini nəzərdə tutur). Bu söz doğru sözdür və bütün alimlər bu sözü qəbul ediblər. Yəni, hamısı yekdil olaraq bir nəticəyə gəliblər ki, hər bir alimin din barəsində dediyi sözü rədd etmək olar, ancaq və ancaq Allahın Rəsulunun (səlləllahu aleyhi və səlləm) din barəsində dediyini heç vaxt, heç zaman, əsla geri qaytarmaq olmaz. Bunu bilin ki, İmam Malik bütün islam alimlərinin ən fəzilətlilərindən biridir. Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) haqqdan başqa heç bir söz demədiyinə görə ondan mütləq olaraq bütün sözlər qəbul olunur, Onun heç bir sözü geri qaytarılmır. Onun Allah təaladan bizə xəbər verdiyi hər bir məsələ haqqdır, həqiqətdir. Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) Allah Təaladan bizə nə qədər xəbərlər veribsə hamısını qəbul edirik, əməl edirik və digər insanları da bu yola dəvət edirik. Allah təala bizə əmanət verdiyi, böyük nemət verdiyi dində bizi sabit etsin. Amin! Allah təala bizim vasitəmizlə Öz qullarına hidayət versin. Amin!
Əgər alimlər Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) sözlərinin mütləq qəbul edilməsinin həddən artıq çox vacib olduğunu və özlərinin bu qədər sözlərininin rədd etməyi daha üstün hesab ediblərsə onda bizdə dediklərimizə və etdiklərimizə görə Rəbbimizdən bağışlanmağımızı istəyirik. Bizi xeyir işlərə müvəffəq edən uca Allaha həmd edirik. Allah təala bizləri islam dinində sabit etsin. Amin!
Əkrəm Həsənov (ilahiyyatçı)…
İbn Bazın “Fətvalar Məcmuası”ndan seçib tərcümə etmişəm…