Sual: Qadın ərindən icazə almadan onun malından sədəqə verə bilərmi?

 

Cavab: Bu haqda Peyğəmbərimiz (Ona Salam olsun) buyurmuşdur: “Əri, ondan (zövcəsindən) cavabdeh olduğu təqdirdə, heç bir qadın, öz yoldaşının malından, ondan icazə almadan verməsi icazəli deyildir.” (Nəsai).

 

Bu mövzuda rəvayət olunmuş hədislər çoxdur. Sıravi bir müsəlman üçün alimlərin (fəqihlərin) şərhlərinə nəzər yetirmək vacibdir. Böyük alim ən-Nəvəvi (Allah ona rəhmət etsin) bu məsələləri izah edərkən, beş mümkün hala işarə etmişdir:

 

1. “Mənim malımdan heç kimə bir qəpik də vermə” – deyən (cimri, paxıl) bir ərin malından, xanımı heç kimə heç bir şey verə bilməz. Eyni şərti qadın da (öz malı üçün) ərinə şərt qoyarsa, hökm eynidir. Əgər riayət olunmasa, haram və günah işləmiş olacaqlar.

 

2. Əri heç bir şey (icazə verdiyini və ya qadağa etdiyini) deməzsə, xanımı onun malından örf və adət-ənənəyə görə hədiyyə və ya sədəqə verilməyəcək qədər çox dəyərli bir şeyi icazə almadan heç kimə verə bilməz.

 

3. Əgər ər öz xanımına “mənim malımdan istədiyin zaman, istədiyin kimsəyə, istədiyin qədər verə bilərsən” – kimi ümumi bir icazə verərsə, qadın bu halda tam sərbəstdir və artıq hər dəfə icazə almasına belə ehtiyac yoxdur.

 

4. Ər öz xanımına bu mövzuda heç bir şey deməyibsə, qadın da öz yoldaşının cimri (paxıl) olmadığını bilirsə, örf və adət-ənənəyə görə verilməsi normal sayılan, böyük olmayan pul və ya əşyanı onun malından verə bilər. Bu halda, hər ikisi savab qazanmış olar.

 

5. Ər heç bir şey deməyibsə, lakin eşitdiyi zaman qəzəblənəcəyini bilirsə, xanımı, öz yoldaşına demədən heç bir şey verə bilməz.

 

‎‫سنن النسائي مع شرحها زهر الربى على المجتبى للسيوطي

(Zəhr’ur-Ruba alə’l-Muctəba)

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr