featured-image-3520

Abdul-Vahhəb ibn Atə əl-Xaffəf əl-İcli, Səid ibn Ərubədən, o da Qatadədən, o da Həsəndən, o da Uteydən, o da Ubeyy ibnul Kəa’bdən rəvayət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurmuşdur:
– Atanız Adəm hündür xurma ağacı kimi idi. Boyu altmış dirsək, saçları uzun, övrət yeri isə bağlı idi. Cənnətdə xəta etdikdə övrəti açıldı. Adəm Cənnətdən çıxıb gedərkən qarşısına bir ağac çıxdı. Ağac onu tutub saxladı və Rəbbi ona bu cür xitab etdi:
– Ey Adəm, Məndənmi qaçırsan?

Adəm isə dedi:
– Ya Rabbim! Sənə and olsun ki, etdiyim əməllərimə görə Səndən utandığım üçün qaçıram!

[Hədis həsəndir. İbn Səad, ət-Təbəqatul-Kubra, 1/31; Həkim, 2/262; İbn Asəkir, Tarixu Dəməşq, 7/405]
____________
əz-Zubeyr

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı