featured-image-3498

Bir nəfər Şəqiq ibn İbrahimdən (rahiməhullah) soruşdu:
– İnsanlar məni saleh bir insan kimi tanıyırlar. Saleh olub-olmadığımı nədən bilim?

Şəqiq ibn İbrahim (rahiməhullah) cavabında buyurur:
I- Gizli etdiyini salehlərin yanında aşkar et. Razı qalarlarsa, bil ki, sən salehsən.
II- Qəlbinə dünyanı təklif et. Rədd edərsə, bil ki, sən salehsən.
III- Nəfsinə ölümü xatırlat. Ölümü qəbul edərsə, bil ki, sən salehsən.
Bu üç şey səndə cəm olduqdan sonra əməlinə riyanı daxil etməməsi və riyanın əməllərini puç etməməsi üçün Uca Allaha yalvar.

[‘Tənbihul- Ğafilin’ kitabı, 1/24]

___________
əz-Zubeyr

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı